Fədayə Laçının adı hallanan cinayət işində “Qoca”nın ortağı ilə bağlı QƏRAR
Yusif Nəzərli
09:36 09.05.2022
Cəmiyyət
715
Şirvan Apellyasiya Məhkəməsində kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Belarusdan Azərbaycana ekstradisiya edilən Kakavan Kavus Zəfər oğlu 2015-ci ildə Şirvanda 2 nəfərin qətlə yetirildiyi kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak edib. Hadisə vaxtı Nacıyev Elvin Zamanəli (Kriti Elvin) və Sarıbalaev Zaur Vəfadar oğlu qətlə yetirilib.
Hadisəni törətməkdə təqsirli bilinənlər - kriminal aləmin üzvləri Əli Ağami, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov saxlanılıb, Kakavan Kavus Zəfər oğlu isə istintaqdan qaçaraq gizlənib.
İstintaqın davamında isə hadisənin təşkilatçısı Etibar Məmmədov (“Qoca”) tutularaq istintaqa təhvil verilib.
Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan zaman Etibar Məmmədov və Əli Ağami Lənkərandan Bakıya etap edilərkən xüsusi təyinatlı qatardan qaçıblar. Hadisədən bir müddət sonra Əli Ağami özü təslim olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Etibar Məmmədovun (“Qoca”) tutulması ilə bağlı əməliyyat keçirən zaman polis əməkdaşlarına atəş açıb və əməliyyat nəticəsində o öldürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ötən il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə istintaqdan qaçaraq yayınan Kakavan Kavus Zəfər oğlu məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin CM-in 120.2.1 və 228.2.1-ci maddələri 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ildə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya