Gəncə vəhşəti !- «Ermənistanın bu vandalizminə "dur" deyilməlidir » - Beynəxalq qurumlar susur !
Fidan Həmişəyeva
08:56 17.10.2020
Cəmiyyət
1191
Ermənistan silahlı qüvvələri dünən gecə saat 01 :00 radələrində Gəncə şəhərini yenidən atəşə tutub. Baş Prokurorluğun son məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb. Eyni zamanda çoxsaylı mülki infrasturuktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Düşmənin getdikcə azğınlaşdığı göz önündədir. Gəncədəki mülki vətəndaşlarımız ikinci dəfə eyni dəhşəti, vəhşəti yaşadılar. Ermənistan rəhbərliyi hər zamankı kimi atəşkəs qaydalarını, beynəxalq hüquq normalarını heçə sayır. Lakin düşmən törətdiyi hərbi cinayətlərə görə layiqli cavabını almır. Səbəbi isə bəllidir: “Haqq carçısı” olan beynəxalq qurumlar «ağızlarına su alıb oturublar ». Məhz buna görə getdikcə azğınlaşan ermənilər istədikləri kimi “at oynadırlar”.
Millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a bildirib ki, dünən gecə saatlarında mənfur düşmən Gəncəni yenidən vuraraq günahsız əhalini qətlə yetirdi. Ermənistanın davamlı olaraq mülki vətəndaşlarımızı qətlə yetirdiyini deyən deputat vurğulayıb ki, baş verənlərdə beynəlxalq qurumların və xarici dövlətlərin də üzərinə böyük məsuliyyət düşür. Parlament üzvü qeyd edib ki, Ermənistanın bu iyrənc əməllərinə "dur" deyilməlidir:
“Fəaliyyətimizi hüquqi müstəvidə qurmalı, düşmənin xain əməllərini pisləməliyik və eyni səhvləri təkrarlamaı deyilik. Ermənistanın məqsədi münaqişəyə üçüncü dövlətləri cəlb etməkdir.
Buna heç cür imkan vermək olmaz. Onsuz da düşmənin cəzasını ordumuz verir. Təbliğatımızı xarici dillərdə aparmaq çox vacibdir. Sosial şəbəkələrdə erməni yalanlarının ifşası istiqamətində işimizi gücləndirməliyik.
Dövlət qurumları öz işini görür. Bu cinayətlər sənədləşdirilib aktlaşdırılır, müvafiq şəkillər çəkilir və protokollar tərtib olunur. Davamlı olaraq beynəlxalq qurumlara müraciətlər edilir. Ermənistan rəhbərliyi törətdiyi cinayətə görə mütləq cəzalandırılacaq”.
Millət vəkili hesab edir ki, Ermənistanın belə cinayətlərinin məqsədi xalqımızın əzmini qırmaq, döyüş ruhunu azaltmaq, həmrəyliyi pozmaqdır:
“Lakin buna nail ola bilməyəcəklər. Belə hadisələr millətimizin əzmini daha da gücləndirəcək.Beynəlxalq qurumlar bu məsələyə ciddi reaksiya verməlidirlər.
O dövlətlər ki, Azərbaycana müharibənin dayandırılmasını deyirdilər. İndi onlar ermənilərə deməlidirlər ki, insanlığa qarşı olan bu cinayəti dayandırsınlar.
Ermənistan bu əməlləri ilə daha çox özünə ziyan vurmuş olur, beynəlxalq aləmdə imicini korlayır. Heç kimi bizi haqq işimizin müdafiəsindən çəkindirə bilməz. Azərbaycan torpaqlarını işğaldan azad edəcək.
Düzdür, ermənilər bunu həzm edə bilmədikləri üçün davamlı olaraq Azərbaycana qarşı təxribat törədirlər. Lakin bu əməllər bizi haqq yolumuzdan döndərə bilməz!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm