Gənclər ayaqdadırlar ! - “Tarixi torpaqlarımıza qayıdacağıq” - Hamı səfərbərdir !
Banuçiçək Kalbalıyeva
10:51 24.09.2020
Cəmiyyət
946
Neçə həftədir, gənclər ayaqdadırlar. Bir gənc kimi istisnasız olaraq, hər bir həmyaşıdımın keçirdiyi hissləri, yaşadıqları təlatümləri, daxillərində coşub-daşan hərbi-vətənpərvərlik ruhunu görmək, hiss etmək çətin deyil. Onlar döyüş, tarixi qələbə arzulayırlar. Orduya çağırılmaq üçün hər gün, hər gecə dua edirlər. Buna heç kimin şübhəsi olmasın. Əgər belə olmasa, yüzlərlə gənc könüllü olaraq Səfərbərlik və hərbi xidmətə çağırış məntəqələrinə üz tutmazlar.
Ehtiyatda olan pokovnik-leytenant Samir Səfərov “Sherg.az”a açıqlamasında bildirib ki, cəmiyyətimizdə hərbi-vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olması təsadüfi deyil:
“Aprel döyüşləri də, Tovuz döyüşləri də, həmçinin digər görülən işlər, o cümlədən səfərbərlik ehtiyatlarının dəqiqləşdirilməsi də göstərdi ki, hamı səfərbərdir. Hər bir Azərbaycan vətəndaşı indi əmr gözləyir. Şəxsən mən ehtiyatda olsam da, hərbi formam daim hazırdır. İki dəqiqəyə geyinib, əlimə silah alıb, döyüşə qatıla bilərəm. Gənclərimizdən çox razıyam.
Çağırışçılar qismən də olsa, toplanışlara cəlb edildilər. Gördüm ki, onlar toy-bayrama gedərmişcəsinə çağırış məntəqələrinə yollanırlar. Bilirsiz niyə? Çünki biz öz torpaqlarımız uğrunda öləcəyik.
Düşmən isə bilir ki, həmin ərazilər onun deyil. Ona görə qorxur. Cənab Prezidentin də dediyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olsun!
Biz ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcək, tarixi torpaqlarımıza qayıdacağıq. Təkrarlayıram, bunun üçün hamı səfərbərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm