
Həcci biznesə çeviriblər, amma gərək insanlar da qanunun tələblərinə tabe olsunlar -İlahiyyatçı
10:25 29.04.2025
Cəmiyyət
473
Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.
Bakupost.az “TRT Haber”ə istinadən xəbər verir ki, yeni qaydalara görə icazəsiz Həcc ziyarətinə gedənləri təxminən 5 min dollar cərimə və 10 il ölkəyə giriş qadağası gözləyir.
Bildirilib ki, 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq.
Onlara 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq.
Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar.
Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək.
Ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyulacağı bildirilir.
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, qaydalar qanunsuz Həccə gedənlərin qarşısını almaq üçün tədbiq edilib:

“Səudiyyə Ərəbistanının müvafiq qurumu ilə müqavilə və razılıq əsasında bu işlər tənzimlənir. Təbii ki, qiymətin həddən artıq baha olması insanların alternativ yollarla Həccə getməsinə səbəb olur. Bu isə əlavə problemlər ortaya çıxır. Ölkəmizdə də bu səfərin təşkili ilə məşğul olan müvafiq idarə var və başqa vasitələrlə getmək qanuna uyğun deyil. Hər bir halda qanunu pozan şəxslər üçün cərimələrin olması təbiidir. Həcci biznesə çeviriblər onsuz da. Amma gərək insanlar da düşünsün, israf etməsin və qanunun tələblərinə tabe olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat