Həkim baş redaktorla RAZILAŞIR: “Maskaların yerə atılması təhlükəlidir”
Fidan Həmişəyeva
12:31 12.08.2020
Cəmiyyət
659
“Küçələrə qoyulan zibil qutularının sayı artırılmalıdır”
“Virus daşıyıcısı olan şəxs maskanı yerə atdıqda təhlükəli vəziyyət yarana bilər”
“Maskalar kiminsə ayağına toxunar və ani diqqətsizlik insanların virusa yoluxmasına gətirib çıxara bilər”
Son günlər tibbi maskalardan istifadə ilə bağlı xoşagəlməz hallar müşahidə olunur. Paytaxt küçələrində istifadə olunub sonra yerə atılan maskaların sayı günü-gündən çoxalır. Təbii olaraq bu hal narahatlığa səbəb olur. Çünki virus daşıycısı ola bilən şəxsin maskanı istifadə edib yerə atması yoluxma riskini artıra bilər.
Sözügedən məsələyə dair “Mediaxeberleri.az” informasiya portalının baş redaktoru, tanınmış jurnalist Ələddin Qarayev maraqlı təklif verib. Baş yazar söyləyib ki, ətrafa atılan maskalar üçün zibil qutuları qoyulsun və sonra həmin qablar utilizasiya edilsin:
“İnsanlar tibbi maskadan, əlcəkdən istifadə etdikdən sonra onu ətrafa atır. Bu halda yoluxma riski artır”.
Mövcud durumu “Sherg.az”a şərh edən həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu tibbi maska və əlcəklərdən, gigiyenik vasitələrdən istifadə etməkdir:
“Şəhərimiz olduqca böyükdür. Küçələrə qoyulan zibil qutularının sayı artırılmalıdır. Maskaların yerə atılması təhlükəlidir. Virus daşıyıcısı olan şəxs maskanı yerə atdıqda təhlükəli vəziyyət yarana bilər. Məsələn, maskalar kiminsə ayağına toxunar və ani diqqətsizlik insanların virusa yoluxmasına gətirib çıxara bilər”.
Həkim qeyd edib ki, tibbi maskalar və əlcəklər istifadədən sonra qapalı qutulara atılmalıdır:
“Ölkəmizdə qapalı qutular var. Amma bəzən o qutuların ağzını açıq qoyurlar. Bu, düzgün deyil. Səslənən təklif çox maraqlıdır. Küçələrdə qapalı qutular olsa, çox yaxşı olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm