Hökumət düyməni basdı: Ölkə üzrə doğumlar pulsuz olacaq

Çində doğum səviyyəsinin azalmasının qarşısını almaq məqsədilə hökumət yeni qərar qəbul edib.

Sherg.az xəbər verir ki, "Milli Sağlamlıq Sığortası İdarəsi"nin rəhbəri Zhang Kenin açıqlamasına görə, 2026-cı ildən etibarən ölkə üzrə doğumlar milli səhiyyə sığortası hesabına tamamilə pulsuz olacaq.

Yeni sistem çərçivəsində hamiləlik öncəsi müayinələr və standart doğum xidmətləri sığorta tərəfindən qarşılanacaq. Hazırda doğum sığortasından 255 milyon qadın yararlanır. Qərarın məqsədi ölkədə doğum göstəricilərini artırmaqdır.