Koronavirus təhlükəsi bitməyib! – “Soyuq aylarda artım gözlənilir”
Banuçiçək Kalbalıyeva
15:12 25.09.2020
Cəmiyyət
893
“Qış ayları virus infeksiyaları üçün hər zaman olduğu kimi bu il də risklidir”
“Bunu nəzərdə saxlamağımız, özümüzü və yaxınlarımızı qorumağımız vacibdir”
Koronavirus pandemiyasına dair dünya mediasının yazdıqları, açığı, ürəkaçan deyil. İkinci dalğadan danışılır, vəziyyətin nəzarətdən çıxdığı deyilir. Ölkəmizdəki epidemioloji vəziyyət hələ ki, kontrol altındadır.
Hər halda statistik göstəricilər, hər gün elan edilən rəqəmlər bunu sübut edir. Amma, əlbəttə, təkcə rəqəmlərə baxıb nəticə çıxarmaq olmaz. Özü də belə ciddi rəqib qarşısında. Deməli, mütləq eskpert rəyinə ehtiyac var.
Həkim-infeksionist Nəzrin Mustafayeva“Sherg.az”a Azərbaycandakı hazırkı epidemioloji durum haqqında fikirlərini bildirib:
“İndi ölkədəki vəziyyət stabil qiymətləndirilə bilər. Bəzi müəssisələrdə, məktəblərdə, kiçik qruplar şəklində yoluxma halları müşahidə edilsə də, bunu ümumi say olaraq ciddi artım kimi qiymətləndirmək olmaz.
Lakin biz hər zaman dediyimiz kimi, əsas artımı önümüzdəki soyuq aylarda gözləyirik. Hələ məktəblər və fəaliyyətinə icazə verilən müəssisələr də yeni açılıb və bugünkü yoluxma özünü orta hesabla 14 gündən sonra büruzə verir.
Qorunma tədbirlərinə ciddi riayət etməli, payız-qış aylarında bir az daha diqqətli və səbrli olmalıyıq.
Gələcəkdə vəziyyətin necə dəyişməyi ilə bağlı dəqiq bir söz demək çətindir. Lakin müəyyən proqnozlar verilə bilir ki, bunu da artıq hamımız ehtimal edirik. Qış ayları virus infeksiyaları üçün hər zaman olduğu kimi bu il də risklidir.
Bunu nəzərdə saxlamağımız, özümüzü və yaxınlarımızı qorumağımız vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm