Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Korrupsiya ilə mübarizə sahəsində müvafiq proqramlar, qanunvericilik aktları qəbul edilir. Görülən bütün bu işlər isə öz bəhrəsini verir.
“Korrupsiyaya qarşı mübarizə ölkənin dayaqlarını gücləndirir”
Banuçiçək Kalbalıyeva
10:27 17.09.2020
Cəmiyyət
1157
“Deyilənlərdən dərs almayanlar, əlbəttə, cəzalanır, tutduqları vəzifədən kənarlaşdırılırlar”
“Bir şüarımız var: kamil vətəndaş, sivil cəmiyyət və güclü dövlət”
Ölkədə korrupsiyaya qarşı mübarizə gücləndirilir. Son vaxtlar həyata keçirilən tədbirlər,o cümlədən kadr islahatları bunun bariz nümunəsidir. Həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Korrupsiya ilə mübarizə sahəsində müvafiq proqramlar, qanunvericilik aktları qəbul edilir. Görülən bütün bu işlər isə öz bəhrəsini verir.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu barədə “Sherg.az”a danışıb. O, görülən işləri yüksək qiymətləndirib:
“Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə həmişə prioritet istiqamətlərdən olub. Bunu müxtəlif vaxtlarda imzalanan sərəncamlar, fərmanlar və digər sənədlər də təsdiqləyir.
Həmçinin korrupsiyaya qarşı mübarizə dövlət komissiyasınn yaradılması, bu istiqamətdə xüsusi dövlət proqramının hazırlanması, ASAN xidmət kimi ölkənin brendinə çevrilən ciddi bir layihənin irəli sürülməsi məhz rüşvətxorluğa, bürokratiyaya qarşı mübarizə məqsədlidir.
Prezident, demək olar, bütün çıxışlarında şəffaflığın təmin olunması, ictimai nəzarətin yaradılması, məmurların vətəndaşlara layiqli xidmət göstərmələri barədə çıxışlar edir. Dünya dövlətləri də Azərbaycanda həyata keçirilən işləri görür və təqdir edirlər”.
R.Zeyni, həmçinin deyib ki, korrupsiyaya qarşı mübarizə ölkənin dayaqlarını daha da gücləndirir:
“Deyilənləri anlamayanlar, dərs almayanlar, əlbəttə, cəzalanır, tutduqları vəzifədən kənarlaşdırılırlar. Biz vətəndaş cəmiyyəti olaraq bəzi məsələləri qabartmağın əleyhinəyik. Problemləri maarifçilik yolu ilə həll etməyə çalışırıq.
Çünki Azərbaycanda baş verən hadisələri müxtəlif dünya ölkələrindən də izləyirlər. Amma kreslosundan sui-istifadə edib korrupsiyadan əl çəkməyənlər mütləq cəzalanmalıdırlar.
Çünki bu, ölkənin təhlükəsizliyi məsələsidir. Bizim bir şüarımız var: “kamil vətəndaş, sivil cəmiyyət və güclü dövlət”. Ona görə Prezidentin apardığı islahatlara mane olanlar qarşılarında vətəndaş cəmiyyətini, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunu görəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm