MİDA-ya kiberhücumun təfərrüatı - 3,6 milyon manat ziyan vurulub
01:28 07.11.2025
Cəmiyyət
658
Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) elektron informasiya sisteminə qarşı 2022-ci ildə həyata keçirilmiş kiberhücumlara görə həbs edilən Ukrayna vətəndaşı İvan Kravçukun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Teleqraf xəbər verir ki, İvan Kravçuk kompüter sistemlərinə qanunsuz müdaxilə və ağır nəticələrə səbəb olan kiberhücumların təşkili ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
İttihama görə, Kravçuk istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq MİDA-nın informasiya infrastrukturuna qarşı kiberhücumlar təşkil edib. Hücumlar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən MİDA-nın elektron saytını hədəf alıb.
Hücumlar nəticəsində MİDA tərəfindən 6 497 vətəndaşın iştirakı ilə həyata keçirilən mənzil seçimi prosesi pozulub, sistemlər bloklanıb və xidmətlərə çıxış dayanıb. Hadisə nəticəsində ümumilikdə 3,6 milyon manat maddi ziyan vurulub. Bunun 3,1 milyon manatı “ASAN” sistemlərinə, yarım milyon manata yaxını isə Mənzil İnşaat Dövlət Agentliyinə dəymiş zərər kimi qeyd olunub.
İvan Kravçuk ifadəsində Ukrayna vətəndaşı olduğunu, 2022-ci ilin əvvəlində Polşaya köçdüyünü bildirib. O, ifadəsində qeyd edib ki, “Telegram” tətbiqində tanımadığı şəxslərlə tanış olduğu zaman müəyyən elektron ünvanlara qarşı kiberhücumların təşkili ilə bağlı razılığa gəlib. Kravçuk maddi çətinliklər səbəbindən bu təklifi qəbul etdiyini deyib. O, qarşı tərəflə konkret məbləğ üzərində razılıq əldə etmədiyini, lakin külli miqdarda pul vədi aldığını söyləyib.
Cinayət işi materiallarına əsasən, 14 avqust 2023-cü ildə İvan Kravçuk barəsində Dövlət Təhlüksizliyi Xidməti (DTX) tərəfindən axtarış elan edilib. O, 17 fevral 2024-cü ildə Polşadan Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə İvan Kravçuk 6 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət