Ya da, daha sadə-əsgərlərimizin qarşısından qaçır, silahlarını əliyalınlara tuşlayırlar. Hüquq müdafiçəsi Əliməmməd Nuriyev “Sherg.az”a erməni faşistlərini gözləyən cəzadan danışıb:
Müharibə cinayəti: Ermənilər beynəlxalq humanitar hüququ pozurlar
Banuçiçək Kalbalıyeva
09:14 01.10.2020
Cəmiyyət
852
Heç bir müharibə itkisiz olmur. Şəhid vermək Azərbaycan cəmiyyətini narahat etmir.Çünki şəhidlik ən uca zirvədir.Torpaq uğrunda canından keçənlər Tanrı qatında ən yüksək zirvəyə ucalırlar.Amma daha mülki əhaliyə atəş açmaq, əli yalın, dinc sakinləri öldürmək nədir?!Genişmiqyaslı hərbi əməliyyatların cəmi bir neçə gündür başlanmasına rəğmən, sərhədyanı ərazilərdə yaşayan onlarca dinc sakin artıq qətlə yetirilib.Deməli, düşmən üçün müharibə anlayışı bundan ibarətdir.
Ya da, daha sadə-əsgərlərimizin qarşısından qaçır, silahlarını əliyalınlara tuşlayırlar. Hüquq müdafiçəsi Əliməmməd Nuriyev “Sherg.az”a erməni faşistlərini gözləyən cəzadan danışıb:
“Baş prokurorluq Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq erməni vandallığı və mülki əhalimizin öldürülməsi ilə bağlı iş açmalıdır. Artıq 16 dinc sakin qətlə yetirilib.Yaralıların sayı onlarladır.Düşmənin bacardıqları bundan artıq deyil.Çünki namərdlik, qorxaqlıq xislətlərindədir.Ermənilərin dinc sakinləri hədəf alması humanitar hüququn pozulması deməkdir, müharibə cinayətidir.
1949-cu ildə imzalanan Cenevrə konvensiyasına görə, hətta müharibə gedən ərazidə belə, mülki əhaliyə xəsarət yetirilməsi yolverilməzdir. Ermənilərin törətdikləri analoji hallar əvvəl qeydə alınmırdı.Amma indi vəziyyət dəyişib.Hər şey sənədləşdirilir, sübutlar yığılır.Biz həmin materiallarla Avropa Məhkəməsinə müraciət edə bilərik.Etməliyik də.Eyni zamanda erməni vandallığı barədə dünya ictimaiyyəti məlumatlandırılmalıdır.Bunun üçün isə media, vətəndaş cəmiyyəti fəal olmalıdır”.
Ə. Nuriyev, həmçinin cəmiyyətimizdəki ruh yüksəkliyi barədə də danışdı:
“Biz son günlər Azərbaycan xalqının vahidliyini, həmrəyliyini bir daha gördük. Minlərlə gənc könüllü döyüşməkdən ötrü müvafiq qurumlara müraciət edir.Cəbhədən aldığımız pozitiv xəbərlər isə bizi daha da sevindirir, ruhlandırır.Hər zaman olduğu kimi, indi də Azərbaycan ordusuna güvənirik.İnanırıq ki, işğal altındakı torpaqlarda ən yaxın zamanda Azərbaycan bayrağı dalğalanacaq.
Buna Azərbaycan xalqının ruhu, rəşadəti imkan verir.Ardınca isə cinayətkar qüvvələr törətdikləri əmələ görə, həm Azərbaycan ədaləti, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm