Mülki əhali arasında itki yoxdur - XİN
Fidan Həmişəyeva
12:21 13.07.2020
Cəmiyyət
834
“Dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 4 hərbçimiz şəhid olub, mülki əhali arasında itki yoxdur”.
"Sherg.az"ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatla bağlı məlumatlar diplomatik korpusun diqqətinə çatdırılıb.
“İşğalçı Ermənistan tərəfindən zaman-zaman atəşkəs pozulurdu. Baxmayaraq ki, son müddət ərzində müəyyən nisbi sakitlik müşahidə olunurdu. Ancaq dünənki hadisənin iki əsas fərqləndirici cəhəti var. Birinci, təxribat məhz iki ölkənin dövlət sərhədində baş verib. İkinci isə çox nadir hallarda dövlət sərhədində baş verən təxribatlar zamanı bu cür artilleriya atəşindən və iriçaplı silahlardan istifadə olunur. Dünən baş vermiş təxribatda məhz bu cür silahlardan istifadə olunub”, - deyə XİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya