“Ölkəmizi şəhidlərimizin fotosu ilə bəzəmək lazımdır” – QAZİ
Fidan Həmişəyeva
15:29 11.09.2020
Cəmiyyət
5344
“Bütün insanlar öz ofislərinə, pəncərələrə şəhidlərimizin şəklini vurmalıdırlar”
“Onda daha vətənpərvər olacağıq, torpaqlarımızı daha tez azad edəcəyik”
Son vaxtlar şəhidlərimizin şəkillərini avtomobillərinə vuran sürücülərə rast gəlirik. Sürücülərin bu davranışı təbii ki, şəhidlərimizə hörmət kimi qəbul olunur.
Amma bəzən rast gəlirik ki, belə sürücülərin müəyən hissəsi şəhid adından və fotosundan sui-istifadə edir. Qayda pozanlar yol polisi tərəfindən saxlandıqda şəhid şəkillərini vurduqları üçün güzəşt tələb edirlər.
"Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri,Qarabağ qazisi Firidun Məmmədov “Sherg.az”a bildirib ki, 5-6 nəfər saxtakar şəhid şəklini maşına vurub bundan sui-istifadə edirsə, öz şəhidinə xəyanət edir:
“Şəhidlərimizin ruhunu yaşatmaq üçün onların şəkillərini avtomobilə vuranları təqdir etmək lazımdır. Vətəninin qəhrəmanı ilə bağlı belə gözəl ənənə formalaşdıranların olması çox gözəldir. Hansısa saxtakarlara görə, bu ənənəni qınaq obyektinə çevirməyə qətiyyən yol vermək olmaz. Şəhidlərimiz başımızın tacı, dövlətimizin qarantıdır. Şəhidimiz olmasa, dövlətimiz qorunmaz.
Biri şəhid olmaq istəməzsə, qazi olmaqdan vaz keçərsə, vətən ortalıqda qalar.
Hesab edirəm ki, şəhidlərimizin şəkillərini artırmaq lazımdır. Hətta təbliğat aparmaqla bütün insanlar öz ofislərinə, otaqlarının pəncərələrinə şəhidlərimizin şəklini vurmalıdır. Onda daha vətənpərvər olacağıq, torpaqlarımızı daha tez azad edəcəyik”.
F.Məmmədov vurğulayıb ki, ölkəmizdə çox yerləri şəhidlərimizin fotosu ilə bəzəmək lazımdır:
“Məsələn Kərbəla şəhərinə gedən yolda hər 50 metr dirəyin üstündə şəhidlərin böyük şəkli var. Çünki vətənpərvər insanların olduğunu qəbul edirlər. Şəhidləri, qaziləri sevməklə xalqı vətənpərvər etmək olar.
Şəhidini sevməyən xalq demək ki, şəhid və qazi olmağa ürək etməz. İctimai qınaqla şəhidlərimizin şəklindən sui-istifadə edənləri tərbiyələndirmək lazımdır.
İnanmıram ki, polislərimiz xırda bəhanələrə görə qayda pozuntusundan vaz keçsin. Onlar başa düşürlər ki, belələri fürsətçildirlər. Əksinə onları iki qat cəzalandırmaq lazımdır. Şəhidlərimiz müqəddəs və toxunulmazdır. Onların xatirəsini yaşatmaq hər birimizin borcudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə