Pandemiya bitməyib! – “Özmüzü qorumaq üçün məsuliyyətli olmalıyıq”
Fidan Həmişəyeva
15:43 29.09.2020
Cəmiyyət
448
İki gündür ki, ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə olunur. Dünən 38, bu gün isə 58 nəfərdə yoluxma faktı qeyd alınıb. Buna baxmayaraq vətəndaşların maksimum diqqətli olması lazımdır. Çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) SOS siqnalı verərək virusun ikinci dalğasının olacağı ehtimalına dair dünya ölkələrinə xəbərdarlıqlar edir.
Hər birimizin ən başçlıca vəzifəsi virusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bu baxımdan vətəndaşların maksimum dərəcədə məsuliyyətli olması vacibdir. Amma bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük.
“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirus ümumilli məsələdir və bu ağır dönəmdə cəmiyyət və dövlət bir olmalıdır:
“Əks halda biz sərt karantin rejimindən hələ uzun müddət çıxa bilməyəcəyik. Dünyada COVİD -19 infeksiyasına qarşı peyvənd icad edilənə qədər tövsiyyə olunan qaydalara əməl edilməlidir.
Maskadan istifadə, sosial məsafə, şəxsi gigiyena və ətraf mühitin qorunması kimi tövsiyyələrə əməl etməklə tez bir zamanda karantin rejimindən çıxa və əvvəlki həyat tempinə qayıda bilərik.
Müşahidələrimizə görə Azərbaycanda hələ də qoyulan sadə qaydalara əməl etməyənlər var.
Bir daha təkrarlamaq istərdim ki, birlik nümayiş etdirilməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməlidir.
Özümüzü və yaxınlarımızı qorumaq üçün məsuliyyətli olmalıyıq. Yoluxma sayının azalması o demək deyil ki, xəstəlik bitib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya