“Pandemiya bitsin, kimin nə olduğu görünəcək” – Psixoloji travmalar...
Fidan Həmişəyeva
10:23 01.09.2020
Cəmiyyət
687
“Həssas insanlarda samatik depressiya, aqressiv depressiya kimi fəsadlar yaradacaq, yaradıb da...”
“Koronavirusun psixoloji təsirlərdən qurtulmaq üçün qaynar xətt yaradılsın”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan sonra psixi sağlamlığın qorunması üzrə koalisiyanın yaradılacağını bildirib. Psixi sağlamlığın qorunması ictimai səhiyyə sahəsində ÜST-nin Avropa regionu üzrə qarşısında duran əsas vəzifələrdən biridir. Hazırda dünyada müxtəlif psixi xəstəliyi olan 110 milyon insan yaşayır. Bu, region əhalisinin 10 faizindən çoxunu təşkil edir.
Pandemiya şəraitində psixi sağlamlıq proqramının yeni şərtlərə uyğunlaşdırılması xüsusilə vacibdir. İnsanlarda psixoloji çətinliklər yalnız bu kimi infeksiyalar haqqında məlumatın olmaması və qorxu ilə bağlı deyil. Çətinliklər eyni zamanda virusun yayılmasının qarşısını almaq istiqamətində karantin rejiminin və izolyasiya tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yaranır.
Pandemiyadan sonra psixi sağlamlığın qorunması üzrə koalisiyanın yaradılmasının çox yaxşı hal olduğunu deyən psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, belə koalisiyanın yaradılması nəinki pandemiyanın psixoloji problemlərini aradan götürə, həm də cəmiyyətdə ruh yüksəkliyinin bərpasına şərait yarada bilər:
“Bir neçə gün əvvəl Türkiyədə koronavirusun yaratdığı psixoloji təsirlərdən qurtulmaq üçün qaynar xətt yaradıldı. Bu məlumat mənə çox maraqlı gəldi. Düşündüm ki, bizdə də belə sistem yaradılsaydı, çox yaxşı olardı. Hər kəs bilir ki, karantin və pandemiya hadisələri psixologiyası zəif olan və həssas insanlarda samatik depressiya, aqressiv depressiya kimi fəsadlar yaradacaq, yaradıb da...
Deyirlər ki, hazırda problemlər çoxdur, çox adam əziyyət çəkir. Amma bu, hələ tam deyil . Belə bir söz var, “toz-duman çəkilsin, kimin nə olduğu görünəcək”. Pandemiya bitsin, cəmiyyət əvvəlki yaşamına qayıtsın, ondan sonra problemlər açıq şəkildə özünü göstərəcək”.
F.Mehmanqızı vurğulayıb ki, hər bir cəmiyyət xəstəliyi, müəyyən xəbərləri öz düşüncəsinə və psixologiyasına uyğun şəkildə qəbul edir və buna uyğun reaksiya verir:
“Bu gün emosional toplum olaraq xəstəliyə qarşı reaksiyamız hər hansı bir stres və panika ilə bitməli idi. Çünki xəstəliyi bizə tanıtmaq da müəyyən bir panika ilə emosional şəkildə oldu. Ona görə insanların reaksiyaları da emosional oldu. Hələ də elə insanlar var ki, onlara maska taxdırmaq olmur. İnsanların maddi durumunun aşağı olması, işsizlik, evdə qalmaq - bunların hamısı başqa depressiya növlərinin alovlanmasında rol oynadı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm