
Qazi adı ilə dilənənlər... – Vəziyyət nəzarətə götürülməlidir!
Yusif Nəzərli
15:29 04.05.2022
Cəmiyyət
741
"İnsanları yalan, saxtakarlıqla bezdirirlər. Cəmiyyət həqiqi qazilərə də inamını itirir”
“Dövlət orqanları, müvafiq qurumlar ciddi nəzarət etməlidilər. Bu cür şəxslər cəzalanmalıdılar ki, başqaları da nəticə çıxarsın”
Son vaxtlar qazi adından sui-istifadə hallarına dair sosial şəbəkələrdə müzakirələr aparılır. Bu müqəddəs ada kölgə salanların hərəkətləri tənqid hədəfinə çevrilir. Dövlət, cəmiyyətimiz qazi və şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Lakin müşahidə olunan bəzi mənfi olaylar təəssüf və narahatlıq doğurur.
Analoji hadisə elə paytaxtda baş verib. Ötən gün özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə, əlil arabasında dilənən şəxsin əməlləri ifşalanıb.
1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə Bakı sakinlərindən pul dilənib.
Ü.Məmmədovun sağlamlıq vəziyyəti qaydasındadır, heç bir əlillik dərəcəsi yoxdur.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.

"Sağlam Cəmiyyət” Hərəkatının rəhbəri, sosioloq, jurnalist Elçin Bayramlının qənaətincə, belə saxtakarlar cəmiyyətdə neqativ assosiasiya yaradır, həqiqi qaziləri gözdən salır:
" İnsanları yalan, saxtakarlıqla bezdirirlər. Cəmiyyət həqiqi qazilərə də inamını itirir. Dövlət orqanları, müvafiq qurumlar ciddi nəzarət etməlidilər. Bu cür şəxslər cəzalanmalıdılar ki, başqaları da nəticə çıxarsın. Cəza halları olmayıb deyə, sərbəst “bazar” yaranıb. Bəziləri bu işi hətta biznesə çevirib.Dilənçi mafiasından tutmuş digər qruplar insanların həssaslığından yararlanıb, pul qazanırlar. Həm fərd, həm də qrup kimi fəaliyyət göstərirlər. Ona görə belə hallar nəzarətə götürülməlidir. Heç bir qazi diqqətdən kənarda qalmamalıdır. Müharibə iştirakçısı vətəndaşlardan yardım istəmək məcburiyyətində qalmamalıdır.
Dövlətin fondları, Qeyri- Hökumət Təşkilarları, xeyriyyə cəmiyyətləri var. Onlar vətən müharibəsi iştirakçılarını qeydiyyata almalıdır. Sosial, iş baxımından problemlərini həllinə qovuşdurmalıdırlar".
Sosioloqun sözlərinə görə, torpaq uğrunda canını qoyanlar cəmiyyətdə nümunəvi insan kimi yaşamalıdırlar:
"Əgər hər şey qaydasında getsə, heç kim saxtakarlığa əl ata bilməyəcək. Çünki hamı müharibə əlilinin pis durumda olmayacağını anlayacaq. Yalançı qaziləri ifşa etmək asanlaşacaq. Həm dövlət, həm cəmiyyət, həm də media məsələyə önəm verməlidir. Diqqətdən kənarda qalan insanları müvafiq fondlara yönəltməlidilər.
Tutalım, icbari tibbi sığorta tam düzgün işləməsə, xəstəlik adı ilə pul istəyənlərin də sayı artacaq. Çünki icbari tibbi sığorta sistemi onların xərclərini ödəməlidir. Heç kim pul dilənməməlidir.
Media buna qarşı mübarizə aparmaq əvəzinə, vasitəçi rolu oynayır. Televiziyalarda insanları ağladıb , sızladırlar, cəmiyyətin həssas nöqtələrinə toxunaraq yüz minlərlə pul toplayırlar. Azərbaycanda tibbin böyük bir bissəsi pulsuzdur. Həmin tibbi xidmətlə müalicələr gerçəkləşməlidir. Media bu istiqamətdə tələblər irəli sürməlidir.
Həm medianın, həm cəmiyyətin, həm də işini yerinə yetirməyən dövlət orqanlarının da günahı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm