Türkiyəli məşhur maniken-modelyer Ceylan Atınc sinəsinə keçən il taxdırdığı silikonlara görə xərçəng xəstəliyinə tutulub. Məşhur moda ustasının dünyada nadir rast gəlinən “B” tipli lenfoma xərçənginə tutulduğu məlum olub. Sözügedən xərçəng növünün silikon protezdən yarandığını nəzərə alaraq modelyerin bu xərçəng hüceyrəsini daşıdığı müəyyənləşib.
Sinə böyütmə əməliyyatı ölümlə nəticələnir ! – Silikon xərçəng yaradır? !
Fidan Həmişəyeva
14:19 11.08.2020
Cəmiyyət
1496
“Silikonların-biopolimerlərin duru halda təmiz toxumaya vurulması qadağandır”
“Amma kosmetoloqlar isə bunu icra edir”
Bu gün dünya miqyasında ən çox həyata keçirilən estetik cərrahi müdaxilələrdən biri də sinə böyütmə əməliyyatlarıdır. Bu əməliyyat sinəyə yerləşdirilən silikon əsaslı protezlərlə həyata keçirilir. Belə prosedurlar nə qədər çox keçirilsə də, sinəyə qoyulan silikonların zərərli olub-olmaması mübahisə doğurur. Son illər silikon taxdıran qadınlar arasında xərçəng xəstəliyinin geniş yayılması müşahidə olunur.
Türkiyəli məşhur maniken-modelyer Ceylan Atınc sinəsinə keçən il taxdırdığı silikonlara görə xərçəng xəstəliyinə tutulub. Məşhur moda ustasının dünyada nadir rast gəlinən “B” tipli lenfoma xərçənginə tutulduğu məlum olub. Sözügedən xərçəng növünün silikon protezdən yarandığını nəzərə alaraq modelyerin bu xərçəng hüceyrəsini daşıdığı müəyyənləşib.
Silikonların bir çox fəsadlar törətməsinə baxmayaraq bu əməliyyata üz tutan xanımların sayı azalmaq bilmir. Bu prosedur yalnız xərçəng xəstəliyi deyil, orqanizmdə başqa fəsadlara da yol açır.
Tibb elmləri doktoru, həkim-professor Adil Qeybulla“Sherg.az”a bildirib ki, dünyanın heç bir ölkəsində, xüsusilə Amerikada silikon implantların tətbiqi qadağan edilməyib. Professor qeyd edib ki, FİA adlı təşkilat silikonların tətbiqinə icazə verir. Amma silikonlar bu təşkilat tərəfindən qeydiyyata alınmayıb:
“Amerikada bu əməliyyatlar həyata keçirilib, silikon implantlar istehsal olunsa da, qeydiyyata alınmayıb. İmplantın xərçəng xəstəliyi törətməsinin heç bir elmi sübutu yoxdur. İmplantlar hazırlanıb bədənə yeridilir və bədəndə qalır. Biz bu əməliyyatları edib baxmışıq, sonra da çıxarmışıq”.
A.Qeybulla qeyd edib ki, silikonların-biopolimerlərin duru halda təmiz toxumaya vurulması qadağandır:
“Kosmetoloqlar isə bunu icra edir. Amma təmiz toxumaya biopolimerlərin vurulması praktikası dünyada yoxdur, buna icazə verilməyib. Silikon implantların doldurucu effekti ilə bağlı tətbiqinə dair hələlik əməliyyatlar gedir. Bununla bağlı ciddi hallar yoxdur. Belə hallar olsaydı, Dünya Səhiyyə Təşkilatı (DST)müvafiq işlər görərdi”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm