Təklif: “Uşağı nəzarətsiz qoyan valideyn məsuliyyətə cəlb olunsun!” – Ölüm halları artır
Fidan Həmişəyeva
09:28 07.09.2020
Cəmiyyət
723
Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlıların pəncərədən, eyvandan yıxılması ilə bağlı xəbərlərin tez-tez şahidi oluruq. Uşaqların yuxarı mərtəbədən yıxılması halları dəfələrlə mətbuatda valideyn ehtiyatsızlığı ilə əlaqələndirilib. Lakin valideynlərdən nəzarət tələb olunsa da, təhlükə yenə davam edir.
Bəs problemin kökü haradan qaynaqlanır? Uşaqların diqqətdən kənarda qalması ailələrin maddi problemləri ilə bağlıdır, yoxsa valideynlərin internetə, sosial şəbəkəyə, seriallara, şou proqramlara aludəçiliyi ilə...?!
Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirovun “Sherg.az”a açıqlamasına görə, bu faciələrin arxasında uşaqlara nəzarət məsələsi dayanır. Öncə onu araşdırmaq lazımdır ki, həmin uşağın valideynləri evdə olub, yoxsa yox. Belə hallar adətən uşaqlar evdə nəzarətsiz qaldığı zamanlarda baş verir.
Xarici ölkələrdə uşağı nəzarətsiz qoyan valideynlərin məsuliyyətə cəlb olunduğunu vurğulayan ekspert hesab edir ki, Azərbaycanda da bu təcrübədən istifadə edilməlidir:
“Valideyn evdə ola-ola uşağını gözdən qoyubsa, səhlənkarlıq edərək başı internetə, telefona qarışıbsa, həmin arada uşağın başına hansısa bədbəxt hadisə gəlirsə, valideynlər günahkardır. Çünki uşağa nəzarət etmirlər. Yaxud da valideyn uşağı tək qoyub harasa gedir, bu zaman azyaşlı eyvana çıxır və bədbəxt hadisə yaşanır”.
Y.Bəkirov qeyd edib ki, indiki məqamda belə hadisələrin baş verməsinin bir səbəbi də sosial vəziyyətlə bağlıdır:
“Məlumdur ki, karantin rejimi ilə əlaqədar bağçalar fəaliyyətini dayandırıb. Uşaq bağçaya gedə bilmədiyi üçün də validyenin nəzarəti iki qat olmalıdır. Təəssüf ki, bu nəzarət yoxdur. Bir çox valideynin azyaşlılara qarşı biganəliyi, məsuliyyətsiz davranışı bədbəxt hadisələrə yol açır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə