
Tik-Tok gənclərin “sxodka” məkanına çevrilib
Yusif Nəzərli
11:42 07.05.2022
Cəmiyyət
705
“Feysbukla 10 ildən çoxdur tanışlığım var, orada böyük söz-söhbətlər düşürdü. Sonra onları "söhbətə" çağırırdılar. Həmin "razborka" da qanlı qurtarırdı”
“Bu, tək bir sosial şəbəkənin yox, üzvlərin problemidir”
Bakıda qətl törətməkdə təqsirləndirilən Əli Musayevə hökm oxunub.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
O, doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən prosesdə prokuror Ə.Musayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Nizami rayonunda qeydə alınıb. Natiq Ramazanov “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrə görə, şəhər sakini 1982-ci il təvəllüdlü Ə.Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Bu zaman aralarında mübahisə yaranıb. Ə.Musayev N.Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib. Nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sosioloq Lalə Mehralı "Şərq"ə açıqlamasında bildirib ki, cəmiyyətin sosial platformada yaşadıqları mübahisələr təkcə Tik-Tokda müşahidə olunmur:
"Ümumiyyətlə, Azərbaycanda hər hansı sosial şəbəkə gündəmə gəlirsə, ilk olaraq, qalmaqalla qarşılanır. Feysbuk həyatımıza yeni daxil olan zamanlar insanlar arasında bu kimi axırı heç də yaxşı bitməyən problemlər olurdu. Feysbukla 10 ildən çoxdur tanışlığım var, orada böyük söz-söhbətlər düşürdü. Sonra onları "söhbətə" çağırırdılar. Həmin "razborka" da qanlı qurtarırdı. Bu, tək bir sosial şəbəkənin yox, üzvlərin problemidir. Tik-Tok platforması feysbukdan fərqli olaraq, yeniyetmə və gənclər üçün daha əyləncəli məkan hesab olunur. Harada fikir ayrılıqları varsa, təbii ki, oradan dava-dalaş əskik olmaz. Bu kimi analoji halları sırf şəbəkənin ayağına bağlamaq doğru deyil. Hər kəs ictimai məkanlarda öz səviyyəsini göstərir. Bu, real həyatda da, virtual müstəvidə də belədir. Kimsə canlı yayım edib, söyüşlər söyürsə, bu, onun mənəvi psixoloji vəziyyətinin göstəricisidir. İnsanlar da var, canlı yayım açır, xəstə uşaqlara pul toplayır, yardımlar edir. O demək deyil ki, həmin şəbəkə yaxşı və ya pisdir. Şəbəkə standartdır, istifadəçilər problemli ola bilər. Baş verən adıçəkilən hadisə Tik-Tokda deyil, başqa sosial şəbəkədə də yarana və nəticəsi eyni ola bilərdi".
L.Mehralının qənaətincə, cəmiyyətimizdə çox az insan bir-biri ilə səviyyəli mübahisə edə bilir:
"Mübahisələrin əksəriyyəti təhqirə və davaya çevrilir. Nəticədə ölən və öldürən tərəflər olur. Bu, konkret olaraq, insanların bir-birini həzm etməməsindən yaranan mənzərədir. Mənəvi məsələlər də ola bilir, fərddən fərdə dəyişən situasiyadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya