Uşaqlardan öyrənəcəyiniz dərs var!

Əgər övladınızla yaxşı ünsiyyət qura bilirsinizsə, ondan öyrənəcəyiniz çox şey var deməkdir. Budur uşaqlardan öyrənə biləcəyiniz bir neçə dərs...

Hər gün yeni bir başlanğıcdır

Uşaqkən yay tətilinin nə qədər uzun gəldiyini xatırlayırsınızmı? Hər yeni gün necə də yeni bir macəraya açıq olurdu. Uşaqlar bir əvvəlki günün dərdini, narahatlığını yığmazlar, hər günə yenidən başlayarlar. Siz də bunu etməyə çalışın.

Yaradıcı işlər həm əyləncəli, həm də faydalıdır

Rəsm çəkmək, plastilinlə oynamaq və ya qumdan qalalar düzəltmək… Böyüklərin çoxdan unutduğu bu fəaliyyətlər sizə əylənmək üçün nə pula, nə də izdihama ehtiyacınız olmadığını xatırladacaq.

Cəsur olun!

Uca səslə mahnı oxuyun. İstədiyiniz zaman rəqs edin. Bir uşaq kimi sərhədsiz yaşadığınızda həyat da sizə bilmədiyiniz yeni təcrübələr təqdim edəcək.

Hər gün gülün

Elə bir gün olmasın ki, gülməyəsiniz. Uşaqların nə qədər asan güldüklərini izləyin və onlara qoşulun.

Aktiv olun

Həyatımızın böyük hissəsini ofisdə oturaraq keçiririk. Bu isə sərhədlərimizin daralmasına səbəb olur. Fiziki olaraq aktiv olduğunuz zaman həm özünüzü daha yaxşı hiss edəcək, həm də oyun oynamağın zövqünü yenidən kəşf edəcəksiniz.

Dostlarınıza vaxt ayırın

Uşaqlar dostları ilə oynamaqdan inanılmaz zövq alırlar. Yeni bir mühitə girəndə də oyun vasitəsilə asanlıqla dost tapırlar. Siz də qəbul edin ki, birlikdə olmaq daha əyləncəlidir və uzun zamandır aramadığınız dostlarınızı arayın.

Qəhrəman olun

Böyüdükcə qəhrəmanlarımızdan uzaqlaşırıq. Amma unutmayın, sizin də etdiyiniz və bacardıqlarınız dəyərlidir. İndi yenidən özünüzün qəhrəmanı olun.

Yaralar şərəf nişanıdır

Ağrılarımızı və ya keçmiş yaralarımızı gizlətmək əvəzinə onlarla qürur duymalıyıq. Dizinin qabığını fəxrlə dostlarına göstərən uşaqlar kimi.

Yeni şeylər sınayın

Uşaqlar yeni oyunlardan qorxmazlar. Biz isə təhlükəsiz sərhədlərimizdən kənara çıxmaq istəmirik. Halbuki yeni macəralar bizi diri və enerjili saxlayır.

Kiçik şeyləri görməyə çalışın

Bəlkə bir quş səsi, ya da qumda gəzən bir böcək... Kiçik detallar həyatı mənalı edir - onları görməyi öyrənin.