Uşaqların qorxuları...
Yusif Nəzərli
22:12 26.04.2022
Cəmiyyət
1061
Valideynlər bəzi məqamlarda daha diqqətli olmalıdır
Türkiyəli psixoloq deyir ki, uşaqları qorxduqlarına görə ələ salmaq qətiyyən yolverilməzdir
Uşaqlar ən çox nədən qorxur və hansı qorxuları normal qarşılanmalıdır? Türkiyəli klinik psixoloq Fatma Çelik bu haqda danışıb. “Şərq” “NTV.com.tr”yə istinadən həkimin valideynlərə məsləhətlərini təqdim edir. “N.Life”ə müsahibəsində psixoloq bildirir ki, uşaqların qorxuya qarşı davranışları körpələrin 4 aylığından təqib edilir. Uşaqların bəzi qorxuları bəlli bir yaş dövrü üçün normal sayılır.
Çünki qorxu sayəsində ətrafda baş verənləri anlamağa başlayır və onu necə dəf etməyi öyrənirlər. Məsələn, içində isti çay olan stəkanı, fincanı tutmağa çalışan körpənin əli yandıqda bu hərəkəti ikinci dəfə təkrarlamağa ürək etmir. Anlayır ki, stəkan, fincan təhlükəlidir. Körpə yaşlarda ani təpkilər, fiziki dəstəyin itirilməsi ilə 8 aylığında yad insanlara qarşı yaranan qorxu və artıq 5 yaşında xəyali dost axtarışları normal hallardır. Uşaqların təxminən 40 faizində eyni qorxu hissi yaşandığı müəyyənləşib. Bunlar ana-atanı itirmək, bədənə zərər dəyməsi, uşaq oğruları, heyvanlarla bağlıdır və bu qorxular adətən qaranlıqda və yatarkən artır.
Məsələn, 9 yaşlı bir uşaq topla oyun zamanı topun ona dəyəcəyindən qorxar, hürən itdən və ya “evə oğru girər”, düşüncəsiylə evdə tək qalmaqdan qorxa bilər. Bu qorxular ətraflarında baş verənlərdən də qaynaqlanır. Qorxular başa gələn hadisələr nəticəsində də ortaya çıxır.
Ailədə ata-ana arasında dava-dalaş olursa, evdə qışqırıq, səs-küy yaranırsa, uşaq məktəbə gedəndə müəllimin yüksək səslə və ya əsəbi şəkildə danışmasından, hansısa şagirdə acıqlanmasından, tənbeh etməsindən qorxa bilər.
İbtidai sinif şagirdlərinin məktəbə getdikləri ilk günlər ağlaması da bəlkə bununla bağlıdır. Uşağa elə gəlir ki, müəllim məhz onun üstünə qışqırır, buna görə də stres keçirir, qorxur. Uşaqlar arasında ən geniş yayılmış qorxu qaranlıqdan qorxmaq və yatmamaqdır.
Yatmaq vaxtı yetişdikdə uşaq yatmamaq üçün dərinirsə, deməli, qorxulu yuxular görür, qaranlıqdan qorxur. Bu qorxu uşağın hansısa qorxulu filmə baxması, oradakı mənfi xarakterin yaddaşında qalmasıyla da ola bilər. Valideynlər bu məsələdə diqqətli olmalı və uşağın nəyə, hansı filmə, diziyə baxdığını daim təqib etməlidir. Belə hallar uşaqlarda otaqda tək qalmaqdan, tək yatmaqdan tutmuş, ata-ana hara gedirsə, arxalarınca ağlamalarınadək bir sıra qorxular yaradır. Uşaqlar daim ata-ananın müdafiəsinə möhtacdır və onlardan xilaskar olmalarını gözləyir.
Buna görə də valideynlər daim uşaqlarla ünsiyyətdə olmalı və qorxuların əsassız olduğunu, təhlükə olarsa, onları mütləq qoruyacaqlarını anlatmalıdırlar.
Çünki uşaqlar ilk növbədə valideynlərini, özlərindən yaşca böyük bacı-qardaşlarını nümunə sayır və onlara hər kəsdən daha artıq inanırlar. Uşaqları qorxduqlarına görə ələ salmaq qətiyyən yolverilməzdir. Yaşda böyük olanlara gülməli, sadə görünən məsələlər uşaqlarda böyük qorxu yarada bilir. Bu səbəbdən uşaqların hisslərinə hörmət etmək, onları dinləyib, inam qazandırmaq vacibdir. Uşağın yatdığı otaqda gecə lampası qoya bilərsiniz, eyni zamanda yatmazdan öncə ona maraqlı, gözəl sonluqla bitən hekayə anlatmaq olar. Beləliklə uşağın beynində müsbət fikirlər dolaşacaq və o, rahat yatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı