“Xarici sularda üzəcək neftdaşıyan tankerə “Kəlbəcər” adı verilib”
Fidan Həmişəyeva
12:09 08.08.2020
Cəmiyyət
652
“İşğal altında olan Azərbaycan rayonlarından birinin adını beynəlxalq sularda üzən gəmiyə verilməsinin özü bir təbliğat üsuludur”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən neftdaşıyan tankerə “Kəlbəcər” adı verilib.
Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək.
Xarici sularda istismarı nəzərdə tutulan, unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” gəmisi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir.
Kəlbəcər rayonundan olan millət vəkili Aqil Məmmədov “Sherg.az”a açıqlamasında yeni inşa edilən gəminin “Kəlbəcər” adlandırılmasının mühüm hadisə olduğunu bildirib. Parlament üzvünün sözlərinə görə bu hadisə bir neçə cəhətdən rəmzi məna daşıyır:
“Birincisi, işğal altında olan Azərbaycan rayonlarından birinin adını beynəlxalq sularda üzən gəmiyə verilməsinin özü bir təbliğat üsuludur. “Kəlbəcər” adı ilə dünya sularına çıxan gəmi özü ilə bu adın yaratdığı mahiyyəti də, sualları da daşıyacaq. Burada həm işğal faktı, həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının işğal olunmuş rayonların azad edilməsi ilə bağlı hər bir imkandan yararlanmaq iradəsi əks olunur”.
Millət vəkili bildirib ki, bu hadisə kəlbəcərli köçkünlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb:
“Dövlətimizin, cənab Prezidentin Kəlbəcər rayonuna, Kəlbəcər adına göstərdiyi bu həssaslıq camaatımızda doğma yurda dönmək inamını bir qədər də gücləndirdi. Mən bu inamın yaradıcısı olan Prezident İlham Əliyevə, eyni zamanda gəminin inşasını həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbəri Rauf Vəliyevə və kollektivinə minnətdarlığımı bildirirəm. “Kəlbəcər” tankerinin heyətinə açıq yol arzu edirəm. Bu ad ölkəmizə xeyirli-uğurlu, Kəlbəcərimizə qovuşmağımıza düşərli olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm