
Xəyanətə zəmin: Cütlüklərin etdiyi ən geniş yayılmış səhv
12:20 25.04.2025
Cəmiyyət
508
Bir çox insan üçün sadiqlik münasibətin təməl daşlarından biridir. Lakin işə xəyanət qarışanda, böyük zəhmətlə qurulmuş etibar sarsılır.
Sherg.az xəbər verir ki, münasibət terapevti Ammanda Major, bəzi geniş yayılmış cütlük səhvlərinin xəyanətə zəmin hazırlaya biləcəyini bildirir.
“Netflix”-in yeni serialı “Cheat: Unfinished Business” üçün aparılan araşdırmaya görə, Böyük Britaniyada hər üç nəfərdən biri həyat yoldaşına xəyanət edir.
Ən çox xəyanət edilən və ən sadiq şəhərlər
Araşdırmada xəyanətin ən çox baş verdiyi şəhər 41 faizlə Nottingham olub. Ən sadiq şəhər isə 83 faizlik göstərici ilə Sunderland seçilib. Bu göstərici, Sunderland sakinlərinin əksəriyyətinin münasibətlərində tərəfdaşlarına sadiq qaldıqlarını göstərir. Lakin mütəxəssislərə görə, xəyanət həmişə münasibətdə böyük bir böhran olduğu anlamına gəlmir.
“Bəzən münasibəti xilas etmə fürsəti olur”
Münasibət və cinsəllik terapevti Ammanda Major “The Mirror” qəzetinə verdiyi açıqlamada, xəyanətin bəzən bir münasibəti xilas etmə fürsəti yaratdığını qeyd edib.
“Çatışmayan sevgini kənarda axtarır”
Major, bir münasibətdə xəyanətə zəmin hazırlayan ən böyük səhvin emosional uzaqlıq olduğunu vurğulayıb:
“Bəzi cütlüklər xəyanət səbəbilə terapiyaya gəlir. Digərlərində isə xəyanət, uzun müddətdir davam edən problemlərin nəticəsi olur. Bu insanlar başqa biri ilə emosional və ya fiziki yaxınlıq quraraq, əslində münasibətlərində olmayan sevgi və diqqəti kənarda axtarırlar.”

Xəyanətdən sonra münasibəti davam etdirmək mümkündür
Majora görə, xəyanətdən sonra bəzi cütlüklər münasibətlərini davam etdirmək qərarı verir. Lakin bu, asan bir proses deyil. Etibarın yenidən qurulması və xəyanətin təsirlərinin azalması zaman tələb edir.
Xəyanətin tərifi insana görə dəyişir
Həmçinin xəyanətin nə olduğu da insandan insana fərqlənir. Bəziləri tərəfdaşının sosial şəbəkələrdə başqaları ilə flirt etməsini xəyanət kimi qəbul edərkən, bəziləri bunu ciddi saymır.
“Xəyanət bəzən münasibəti gücləndirə bilər”
Major əlavə edib: “Xəyanət bəzən partnyorlar üçün bir oyanış ola bilər. Cütlüklər bu böhranı aşdıqdan sonra daha sevgi dolu bir ünsiyyət qururlar. Münasibətləri əvvəlkindən daha güclü bir hal ala bilir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm