Sadəcə vaxt doldurmaq üçündür
“Teletabilər” serialının yaradıcısı Anne Vood bildirib ki, YouTube-dakı uşaqlara yönələn proqramların böyük əksəriyyəti uşaqların xəyal gücünü inkişaf etdirmir və sadəcə vaxt doldurmaq üçündür. Ekspertlər, valideynlərin uşaqlar üçün məzmun seçərkən diqqətli olmasını tövsiyə edir.
Sherg.az xəbər verir ki, Bilgi Universitetinin Dijital Media və Uşaq Platforması qurucusu Dr. Esra Ercan Bilgiç vurğulayıb ki, yaxşı məzmun uşağın diqqətini və dil bacarıqlarını inkişaf etdirməlidir. Qısa, mənasız videolar uşaqların fokuslanma müddətinə mənfi təsir göstərir. Valideynlər, yaşa uyğun, təhlükəsiz və öyrədici platformaları seçməli, uşaqlarla birgə izləməyi üstün tutmalıdır.
YouTube da yüksək keyfiyyətli uşaqlara yönələn məzmun üçün prinsiplər hazırlayıb: faydalı, maraqlı, yaradıcılığı təşviq edən və həyat bacarıqlarına dəstək verən proqramlar “keyfiyyətli” sayılır.