Şimali Kiprdə prezident dəyişdi, yunanlar ümidləndi – Dərhal hərəkətə keçdilər
Yusif Nəzərli
06:19 20.10.2025
Dünya
482
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Seçki Komissiyasının qeyri-rəsmi nəticələrə əsasən, prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman qalib gəlib.
Teleqraf xəbər verir ki, o, səsvermədə hazırkı Prezident Ərsin Tatardan üstün olub.
Seçkinin qeyri-rəsmi nəticəsi məlum olan kimi Cənubi Kipr lideri Nikos Xristodulidis Erhürmanı (adanın yunan tərəfi) təbrik edərək, ən qısa vaxtda onunla görüşməyi səbirsizliklə gözlədiyini bildirib.
“BMT baş katibi Antonio Quterreşin elan etdiyi öhdəlik çərçivəsində Kipr probleminin həllinə dair əsaslı danışıqların Kran-Montanada kəsildiyi nöqtədən yenidən başlanması istiqamətində səylərə töhfə verməyə hazır olduğumu, güclü siyasi iradəmi və qətiyyətimi bir daha ifadə edirəm. Bu baxımdan, baş katib tərəfindən elan edilən qarşıdakı qeyri-rəsmi genişləndirilmiş görüş prosesin yenidən başlanması üçün mühüm bir fürsət yaradır. Kipr probleminin həlli BMT qərarları, Təhlükəsizlik Şurasının qətnamələri və Kipr Respublikasının üzvü olduğu və üzv qalacağı Avropa İttifaqının prinsipləri və dəyərləri əsasında olmalıdır”, - Xristodulidis vurğulayıb.
Kran-Montanada aparılan sülh danışıqları uğursuz başa çatdıqdan sonra Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti iki dövlətli həll variantından başqa heç bir seçimi qəbul etməyəcəklərini bəyan etmişdi. Kran-Montana danışıqları adanın hər iki tərəfinin federasiyada birləşdirilməsini nəzərdə tuturdu. Tufan Erhürmanın bu varianta müsbət baxdığına dair iddialar var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol