Aleksanyan: Artıq hərbi büdcəni artırmağa ehtiyac yoxdur, çünki Bakı ilə...
10:30 05.09.2025
Cənubi Qafqaz
358
“2017-ci ildə Ermənistanın hərbi büdcəsi təqribən 400 milyon dram olub, son illərdə hökumətimiz hərbi büdcəni 1 milyard 700 milyon drama qədər artırıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan jurnalistlərə deyib.
“Bu xərclər əsasən hərbi satınalmalara aiddir. Onlar plan üzrə aparılır. 2026-cı ildə alınma ehtiyacı azalacaq. Çünki 2025-ci ildə artıq lazımi alışlar edilib”, - deputat bildirib.
Aleksanyan qeyd edib ki, buna baxmayaraq əlavə planlaşdırma aparılır:
“Hesab edirəm ki, kəskin artıma artıq ehtiyac yoxdur, çünki birincisi, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıblar, ikincisi, son illərdə büdcənin onsuz da kəskin artım tempi kifayətdir”.
Jurnalistlərin qüvvələr balansının bərpa olunub-olunmaması ilə bağlı sualına Aleksanyan belə cavab verib: “Niyə özümüzü birbaşa Azərbaycanla müqayisə etməliyik? Ermənistanın suveren ərazisini müdafiə edə biləcək döyüşə hazır ordumuz olmalıdır. Məhz buna görə də hökumətimiz əvvəlki cüzi 400 milyonluq büdcəni 1 milyard 700 milyona çatdırıb”.
Jurnalistlər Aleksanyandan Ermənistanın 2020-ci ildə silahının az olub-olmamasına görə uduzduğunu soruşanda o qeyd edib:
“Sizdən metal qırıntılarını silah kimi təqdim etməməyinizi xahiş edirəm. 1950-ci illərin silahları vardı. Əziz insanlar, mətbəx bıçağı ilə də döyüşmək olar, amma bu, rəqibinizin nə ilə vuruşmasından asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm