
Analitik: Ermənistan heç bir tranzit potensialına sahib deyil
Yusif Nəzərli
06:00 08.10.2025
Cənubi Qafqaz
544
Abutalıb Səmədov: "Koçaryan Vaşinqtonda imzalanmış sənədlərin əhəmiyyətini azaltmağa çalışır"
"Ermənistanın yerləşdiyi yerə görə Türkiyə və Azərbaycan istisna olmaqla, qonşu ölkələr üçün demək olar ki, heç bir tranzit potensialı yoxdur". Bunu Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər bir ölkənin tranzit potensialı üç hissədən ibarətdir: birincisi, ölkənin geosiyasi mövqeyi, ikincisi, relyef, üçüncüsü, yol şəbəkələrinin vəziyyəti: "Türkiyə və Gürcüstanın Ermənistandan yan keçərək bir-biri ilə əlaqə saxlamaq üçün hər cür imkanları var. Türkiyə və Rusiya arasında da belədir, "Yuxarı Lars"da türk avtomobilləri erməni avtomobillərindən qat-qat çoxdur. Gürcüstan-Azərbaycan timsalında da tam imkan var, nəqliyyat əlaqəsi mövcuddur, fəal işləyən əsas dəhliz Xəzərlə Qara dəniz arasındadır. İran və Azərbaycanın da ünsiyyət qurmaq üçün hər cür imkanları var, İran və Azərbaycandan heç kim Ermənistan ərazisinə daxil olaraq ticarət etmir. Eyni vəziyyət Türkiyə və Gürcüstanda da belədir. Bunun mənası yoxdur. Heç bir yük maşını sürücüsü Ermənistan vasitəsilə Gürcüstana getməyə cəhd etməyəcək. İran-Türkiyə məsələsində də vəziyyət eynidir. Əslində, Ermənistan coğrafi mövqeyinə görə bu ölkələr üçün demək olar ki, heç bir tranzit potensialına malik deyil, ancaq bir istisna var: Azərbaycan-Türkiyə”.
Koçaryan əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətlərində nəzərdə tutulan Zəngəzur dəhlizi həqiqətən əhəmiyyətlidir və bir neçə komponentdən ibarətdir: "Türk layihəsi olaraq, onun özü həqiqətən də tranzit potensialına malikdir".
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşmaqdadır. Onun sözlərinə görə, siyasi qüvvələr açıq şəkildə bir-biri ilə mübarizəyə başlayıblar:

"Demək olar ki, seçkiqabağı kampaniya artıq başlayıb. R.Koçaryanın mətbuat konfransı da seçki mübarizəsinə start verildiyini göstərir. Ancaq Koçaryanın dedikləri siyasi cahillik nümunəsidir. Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsidir. Bu dəhliz Çini, Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək. Yəni digər marşrutlarla müqayisədə çox səmərəli bir nəqliyyat dəhlizi olacaq. Təbiidir ki, Çindən, Mərkəzi Asiyadan daşınan yüklər Ermənistan ərazisindən keçəcək. Ermənistan da tranzit ölkə kimi bundan gəlir götürəcək. Digər tərəfdən məlumdur ki, Şimal-Cənub Dəhlizi ilə bağlı İran ərazisində problemlər var. Həmin yolun bir hissəsində dəmiryolunun tikintisi yekunlaşmayıb. Bu baxımdan Zəngəzur dəhlizinin, yaxud "Tramp marşrutu"nun işə düşməsi imkan verəcək ki, Şimal-Cənub Dəhlizinə birləşmək şəraiti də yaransın. Bundan Ermənistan da faydalanacaq və ölkənin tranzit gəlirləri xeyli artacaq".
A.Səmədov əlavə edib ki, bütövlükdə gələcəkdə Ermənistanı Rusiya ilə birləşdirəcək kommunikasiyaların açılması gözlənilir:
"Azərbaycan ərazisindən Ermənistanın Rusiya ilə əlaqə saxlaması ən səmərəli vasitədir. Çünki Gürcüstandan keçən və kifayət qədər əlverişsiz relyefə malik "Yuxarı Lars" keçid məntəqəsi ermənilər üçün ciddi problemlərə səbəb olur. Koçaryan Vaşinqtonda imzalanmış sənədlərin əhəmiyyətini azaltmağa çalışır. Bu da səbəbsiz deyil. ABŞ-nin bölgəyə nüfuz etməsi Rusiyaya bağlı qüvvələri ciddi narahat etməkdədir. Məhz ona görə revanşist qüvvələr Vaşinqton görüşünü və anlaşmaları gözdən salmağa, ictimai rəyi çaşdırmağa cəhd edirlər. Paşinyanın parlament seçkisində qalib gəlməsini istəyən dövlətlər İrəvan hökumətinə dəstəyi artırmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm