Seçkiqabağı antirusiya mövqelərini kəskinləşdirmək Paşinyan üçün ölümcül nəticələr doğura bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkədəki hərbi mövcudluğu ilə bağlı müzakirələrə nöqtə qoyan açıqlama verib.
O, Polşada diplomatik nümayəndələr və analitiklərlə görüşündə bildirib ki, İrəvanın Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı heç bir planı yoxdur.
Baş nazir vurğulayıb ki, Ermənistanla Rusiya arasında iqtisadi və siyasi əlaqələr möhkəmdir və hərbi əməkdaşlıq gündəmdə qalmaqda davam edir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, bu Rusiya-Ermənistan münasibətlərində müzakirə başlıqlarının olduğunun etirafıdır:

“Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə qapıları tamamilə qapatmadığını göstərir. Həmçinin Paşınyan növbəti razılaşmalara və ortaq dil tapamağa ümid etdiyinin də altını xətləyir. Son açıqlamadan belə anlaşılır ki, Ermənistanın Kremlə qarşı Avropa və antirusiya cəhbhəsində iddia edilən qədər kəskin mövqeyi mövcud detyil. Ümumiyytlə Ermənistanın Rusiyaya qarşı zidiyyətli addım atıb, arxasında dayanması mümükünsüzdür. Seçkiqabağı antirusiya mövqelərini kəskinləşdirmək Paşinyan üçün ölümcül nəticələr doğura bilər”.