Analitik: Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək
13:40 15.05.2025
Cənubi Qafqaz
309
ATƏT Parlament Assambleyasındakı (PA) ABŞ, Böyük Britaniya, bir sıra Avropa ölkələri və Ukraynadan olan nümayəndə heyətləri Portuqaliya hakimiyyətinə müraciət ünvanlayıblar.
Müraciətdə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ATƏT PA-nın 29 iyun-3 iyul tarixlərində Portu şəhərində keçiriləcək 32-ci illik sessiyasına buraxılmaması istənilib.
Portuqaliyanın baş nazirinə ünvanlanmış məktubda “Gürcü Arzusu” hökumətinin üzvlərinə viza verməkdən imtina etməklə və ya başqa yolla onların bu mühüm tədbirdə iştirakına mane olmaqla bağlı çağırışlar yer alıb.
Müraciətdə qeyd olunub ki, “Gürcü Arzusu” üzvrlərinin sessiyada iştirakı “Gürcüsanda və onun hüdudlarından kənarda demokratiya uğrunda mübarizə aparanlara” yanlış siqnal verəcək.

Politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, bu Gürcüstana faktiki olaraq siyasi təzyiq metodudur:

"Avropa ölkələri Gürcüstan hökumətinə icazə verməməklə, onları tanımadıqlarını bildirir. Eyni zamanda, bunu Gürcüstana qarşı sanksiya olaraq nəzərdə tuturlar. Amma düşünürəm ki, bu cür addımlar Gürcüstan hökumətinə ciddi təsir etməyəcək. Çünki Gürcüstan hansısa hökumət nümayəndəsinə icazə vermədi deyə, ölkənin siyasi quruluşunu dəyişəsi deyil. Əslində, bu addım Gürcüstanla Avropa İttifaqının münasibətlərinin pozulmasına gətirib çıxarır. Gürcüstan isə Avropa İttifaqı ilə münasibətlərin pozulmamasını istəyir. Bütün problemlərin bundan ibarət olduğunu düşünürəm".
Ekspert əlavə edib ki, Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək:
"Amma bu, ölkənin münasibətləri üçün mənfi haldır. Düşünmürəm ki, Gürcüstan bunu aradan qaldırmağa çalışır. Böyük ehtimalla gələcəkdə Avropa İttifaqı da bununla maraqlanacaq".
Fidan Fərhad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya