
Analitik: Rusiyanın Ermənistandakı "yaxşı günlərinə" qayıtması çox da inandırıcı deyil
Yusif Nəzərli
03:43 15.10.2025
Cənubi Qafqaz
482
“Paşinyan etibarlı tərəfdaş deyil, amma xalqın dəstəyi Kremlin hesablarını alt-üst edir”
"Niyə Ermənistanın əvvəlki üç rəhbəri - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətdə olduqları dövrlərdə Qarabağla bağlı özləri tərəfindən irəli sürülən variantları həyata keçirməyiblər?".
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, bunun iki izahı ola bilər: "Birincisi, onlar cinayət xarakterli fəaliyyətsizlik göstəriblər, bəlkə də, Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət ediblər və bizi Qarabağ məsələsinin ən yaxşı formada həllindən və ya həll yollarından məhrum ediblər. İkinci variant isə odur ki, onların təsvir etdiyi o “gözəl həll variantları” əqli oyunlara əsaslanan siyasi hiylə olub və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb. Başqa variant yoxdur". "Hraparak" qəzeti yazıb ki, ikinci prezidentin ofisindən Robert Koçaryanın Moskvaya səfəri ilə bağlı izahat ala bilməyiblər. Nəşr bildirib ki, Koçaryanın bu yaxınlarda Moskvaya getdiyi, Kremlin erməni məsələləri üzrə kuratoru Sergey Kiriyenko ilə görüşdüyü və Ermənistanın daxili siyasi məsələlərini, o cümlədən seçkilərlə bağlı məsələləri müzakirə etdiyi barədə məlumatlar dolaşır. Erməni qəzetinin əldə etdiyi məlumata görə, Xocalı canisi olan, terrorçu eks-prezident Kreml nümayəndəsinə seçkilərdə uğur qazanmağın düsturunu təqdim edib ki, bu da müxalifət meydanını birləşdirmək və hakimiyyətə qarşı ən geniş cəbhədə mübarizə aparmaqdır. Koçaryan həmin prosesin böyük maliyyə xərcləri də tələb etdiyini diqqətə çatdırıb. Maraqlıdır ki, Koçaryanla eyni zamanda onun xələfi olan Serj Sarkisyan da fəallaşıb. Keçmiş prezident davamlı şəkildə müəyyən hadisələr barəsində açıqlamalar verir, hökuməti sərt tənqid edir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Koçaryan və Sarkisyanın seçkilərə az qalmış bu şəkildə fəallaşması daha çox Paşinyan sonrası dövrə hazırlıq, ya da belə bir dövrün süni şəkildə yaradılması cəhdləri kimi dəyərləndirilə bilər. Ekspertin qənaətincə, Robert Koçaryan Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibəti olan biridir:

"Onun Moskvaya səfəri və Kiriyenko kimi Kremlin daxili siyasət kuratoru ilə görüşməsi, sadəcə şəxsi ziyarət deyil, siyasi mesaj daşıyan bir hadisədir. Moskva bu yolla Paşinyana xəbərdarlıq etmək istəyir ki, apardığı siyasətdə onun da maraqlarını nəzərə alsın. Bu isə Rusiyanın açıq şəkildə Ermənistanın daxili işlərinə qarışması deməkdir. Görüşdə seçkilər, müxalifətin birləşdirilməsi və genişmiqyaslı kampaniyanın maliyyələşdirilməsi məsələlərinin müzakirə edilməsi faktı onu göstərir ki, Rusiya Ermənistanda vəziyyətin gərginləşməsində maraqlıdır".
Siyasi şərhçinin fikrincə, Kremldə yaxşı başa düşürlər ki, nə Koçaryan, nə də onların "ehtiyat variant" kimi istifadə etdiyi Sarkisyanın hakimiyyətə gəlmək perspektivi yoxdur:
"Sadə insanlar onlara nifrət edir. Rusiya sadəcə bu fiqurlardan istifadə edərək Ermənistanda gərginlik yaratmağı və Paşinyanın Qərbə yönəlmiş siyasi kursunu öz xeyirlərinə dəyişdirməyi hədəfləyir. Ancaq hadisələrin inkişafı fərqli yöndə davam edərsə, Moskva Paşinyanın hakimiyyətdən devrilməsi üçün prosesə start verə bilər. İstənilən halda, Rusiya üçün Paşinyan "etibarlı tərəfdaş" sayılmır. Onun Qərbə meyilli siyasəti, KTMT və Avrasiya İttifaqından uzaqlaşma meyilləri Kremlin narazılığına səbəb olur. Ancaq Nikol Paşinyanın Qərbə doğru istiqamətlənmiş kursunun hər seçkidə erməni xalqından dəstək görməsi göstərir ki, Ermənistan xalqı yenidən nostalji yaşamaq istəmir. Bu baxımdan Rusiyanın Ermənistandakı "yaxşı günlərinə" qayıtması çox da inandırıcı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya