Azərbaycan məhsullarına görə rüsum ödəməyəcəyik - Papoyan

Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ixracına görə tranzit üçün rüsum almayacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan neft məhsullarının ölkəsinə ixracı məsələsi barədə danışarkən deyib.

O bildirib ki, bu barədə gürcü həmkarı ona şəxsən məlumat verib:

“İlk tranzit üçün Gürcüstan ödəniş tələb etməyəcək. Daha sonra təbii ki, təşkilatların ödəməli olduğu tranzit haqları olacaq”.