
Azərbaycan siyasi sistemi “Vahid Qafqaz evi” ideyasının tərəfdarıdır -ŞƏRH
10:47 22.10.2025
Cənubi Qafqaz
695
Zəlimxan Məmmədli: Regiona müdaxilənin qarşısını almağın ən səmərəli yolu üç dövlətin eyni platformada birləşməsidir
Tbilisidə keçirilən "İpək Yolu Forumu" region ölkələri arasında dialoq üçün əsas platforma olaraq qalır və qalacaq.
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze forumun açılış mərasimində deyib.
O bildirib ki, 2015-ci ildə forumun əsası qoyularkən məqsəd dialoq üçün bir meydan yaratmaq olub:
"Bu gün forum artıq sadəcə görüş yeri deyil, ideyaların real layihələrə çevrildiyi məkandır. Ermənistan və Azərbaycanın tədbirdə iştirakı Cənubi Qafqaz ölkələrinin ortaq baxışını nümayiş etdirir. Bu, bir daha göstərir ki, region dövlətləri birgə səylərlə Cənubi Qafqazı sülh, sabitlik və iqtisadi imkanlar məkanına çevirmək niyyətindədirlər".
İrakli Kobaxidze əlavə edib ki, hazırda dünya ənənəvi ticarət yollarını və təchizat zəncirlərini yenidən nəzərdən keçirir:
"Yeni marşrutların formalaşdığı bir dövrdə əsas məqsədimiz sülhün qorunması və möhkəmləndirilməsidir. XXI əsrdə dayanıqlı inkişaf üçün qarşılıqlı əlaqələrin yeni istiqamətlərdə genişləndirilməsi vacibdir. Enerji dəhlizləri, rəqəmsal magistrallar və sərbəst kapital dövriyyəsi bu baxımdan böyük əhəmiyyət daşıyır".
"Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli Sherg.az-a bildirib ki, Azərbaycan siyasi sistemi, istər iqtidar, istərsə də müxalifət daxilində “Vahid Qafqaz evi” ideyasının tərəfdarıdır:

"Ölkəmiz hər zaman Qafqaz dövlətləri arasında, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoqun və birgəliyin möhkəmləndirilməsinin, vahid siyasi sistemin qurulmasının tərəfdarı kimi çıxış edib. İdarəetmədəki oxşarlıqlar və eyni idarəçilik modellərinin mövcudluğu isə bu üç dövlətin inteqrasiyasına müsbət təsir göstərə bilər. Hətta rəhbəri olduğum Böyük İdeallar Araşdırma Mərkəzi də bu mövzu üzərində müzakirələr apararaq eyni qənaətə gəlib. Mərkəzimizin fəaliyyət istiqamətləri arasında “Vahid Qafqaz evi” ideyasının həyata keçirilməsi və bu istiqamətdə zəruri addımların atılması da yer alır. Bu baxımdan, İpək Yolu Forumu Qafqazda strateji baxımdan əhəmiyyətli bir platforma rolunu oynaya bilər. Hər bir dövlətin özünəməxsus iqtisadi və siyasi problemləri olsa da, bu forum üç dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistanın yaxınlaşması üçün ortaq zəmin yaradır. Əgər proses ardıcıl və intensiv şəkildə davam edərsə, Ermənistan və Azərbaycan arasında yeni kommunikasiya imkanları yaranar, sülh istiqamətində addımlar atılar və faktiki olaraq region ölkələrini bir-birindən ayıran baryerlər aradan qalxar".
Müsahib əlavə edib ki, üçüncü qüvvələrin regiona müdaxiləsinin qarşısını almağın ən səmərəli yolu da məhz bu üç dövlətin eyni platformada birləşməsidir:
"Bu mənada, İpək Yolu Forumu bəlkə də son və qəti həll mərhələsi olmasa da, ideyanın inkişafı üçün mühüm stimul rolunu oynayır. Gələcəkdə forumun formatı və hədəfləri dəyişə və ya daha da dəqiqləşdirilə bilər. Bütün hallarda, biz bəzi məsələlərdə fikir ayrılıqları yaşasaq da, Qafqazda separatizmin kökünün kəsilməsi, xalqların və mədəniyyətlərin ortaq harmoniyasının tapılması baxımından bu cür dialoqların, görüşlərin və platformaların yaranması son dərəcə əhəmiyyətlidir və davam etdirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya