Azərbaycan və Ermənistan arasında tarixi dəyişiklik olacaq
Yusif Nəzərli
07:49 22.10.2025
Cənubi Qafqaz
435
“Sülh bölgəmizə sülh qayıdıb və bizə qalan indi onu daha çox yük dövriyyəsi, daha çox enerji, elektron xətlər, daha çox firavanlıq və inkişafla doldurmaqdır, bu, Cənubi Qafqazı daha da gücləndirəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə İpək Yolu Forumunda çıxışı zamanı deyib.
“Avqustda ABŞ prezidentinin təşəbbüsü ilə Vaşinqtonda mənimlə Azərbaycan prezidenti arasında sülh sazişi imzalandı və buna Donald Tramp da imza atıb. Bəyannamə xüsusilə regional kommunikasiyaya aiddir, orada bildiririk ki, biz ikitərəfli və beynəlxalq formatda kommunikasiya, qarşılıqlı fəaliyyət, dialoq, regional kontekstdə sülh, firavanlıq və sabitliyin təmin edilməsi, suverenliyin qorunması, ərazi bütövlüyünün tanınması kimi vacib məsələləri vurğulayırıq. Bu səylərə Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi vasitəsilə əlaqəni təmin etmək də daxildir”, - o bildirib.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla sülhü institusional səviyyəyə çatdırmağa və dövlətlərarası münasibətləri inkişaf etdirməyə çalışır.
“Bu aspektdə ən önəmlisi odur ki, Vaşinqton sammiti əsasında artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub. Azərbaycanla sülhü daha institusional etmək, bu sazişi reallaşdırmaq, dövlətlərarası münasibətləri inkişaf etdirmək üçün çalışırıq və buna Vaşinqtonda start verilib. Paralel olaraq, qeyd etdiyim kimi, bütün nəqliyyat yolları bir-birinin ardınca açılacaq və bu, artıq regionumuza tarixi dəyişikliyə gətirib çıxaracaq”, - Ermənistan rəhbəri əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya