Boçorişvili: Azərbaycan və Ermənistan tarixi razılaşma əldə edib

“Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşma təkcə bu iki ölkə üçün yox, bütün Cənubi Qafqaz regionu üçün tarixi əhəmiyyət kəsb edir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ATƏT-in iclasında deyib.

“ABŞ Prezidentinin (Donald Tramp) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında tarixi sülh razılaşmasının əldə olunmasını alqışlayıram. Bu tarixi razılaşma Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm bünövrədir və regionda uzunmüddətli sabitlik və inkişaf üçün yeni imkanların yaranması üçün möhkəm əsas qoyur. Gürcüstan sülh və regional əməkdaşlığın təşviqini qətiyyətlə davam etdirəcək və beynəlxalq hüququn təmin olunması, suverenliyin qorunması və Cənubi Qafqazda və ATƏT zonasında uzunmüddətli sülhün təmin edilməsi üçün bütün tərəfdaşlarla işləməyə hazırdır”, - nazir bildirib.