
Daha Gürcüstanda rəngli inqilablar olmayacaq -ŞƏRH
Yusif Nəzərli
07:45 17.10.2025
Cənubi Qafqaz
426
Ölkənin siyasi elitası bu təhlükəni düzgün qiymətləndirərək mümkün təxribatlardan uzaq durmağı bacardı
“Bidzina İvanişvili oktyabrın 4-də keçirilən seçkilər zamanı baş verənlərlə bağlı qəzəblidir”. Bunu Gürcüstanın keçmiş Prezideni Mixeil Saakaşvili deyib.
Keçmiş prezident bildirib ki, İvanişvili və peykləri 4 oktyabrla bağlı qəzəblidir, çünki xalq “seçkilər”in boykot olunmasını bacardı: “Əlbəttə, “Qızılgül” inqilabını kopyalamaq səhv hesab idi - generalların əvvəlki müharibənin ssenarisi ilə döyüşməsi düzgün deyil. “Qızılgül” inqilabı illərlə dəqiq şəkildə hazırlanmışdı.
Mən o inqilabın təşkilatçısı kimi bildirirəm ki, olduğu kimi kopyalamaq alınmayacaq. Çox şey spontan şəkildə baş verəcək, amma həmin spontanlığın da hazırlıq tələb etdiyini unutmaq olmaz”.
Mixeil Saakaşvili əlavə edib ki, oktyabrın 4-də Tbilisidə başlayan aksiyalara ən mübariz gənclər qatılıb və bu insanlar cəsarətlərinə görə təşəkkürə layiqdirlər.
Gürcüstanın keçmiş lideri baş verənləri tamamlamaq və məqsədə nail olmaq üçün vətəndaşları sosial mediada fəal olmağa çağırıb: “İndi bütün bunlar dərhal həll olunmalıdır, çünki çox vaxtımız yoxdur. Gürcü xalqı qalib gələcək”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Gürcüstanda baş verən son hadisələr region və beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Politoloqun sözlərinə görə, seçkilərdən sonra nəticələrdən narazı qalan seçici qrupları ilə polis arasında baş verən toqquşmalar ölkədəki sosial-siyasi gərginliyin hələ də tam aradan qalxmadığını göstərir:

“Bu, həm də onu sübut edir ki, hakimiyyət nə qədər güclü olsa, struktur baxımından təkmilləşsə və öz dayaqlarını genişləndirsə də, siyasi proseslərdən narazı olan qüvvələrin sayı az deyil.
Həmin qüvvələrin bir qismi daxili amillərlə yanaşı, xarici geosiyasi mərkəzlərin təsiri altında fəaliyyət göstərir. Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ölkənin siyasi tarixində mühüm rol oynamış, bir sıra islahatlara imza atmış şəxsiyyət kimi dəyərləndirilir. Onun bəzi fikirlərində reallıqla səsləşən məqamlar mövcuddur. Həqiqətən də, Saakaşvilinin rəhbərlik etdiyi dövrdə baş vermiş “Qızılgül inqilabı”nı bu gün eyni şəkildə təkrarlamaq mümkün deyil. Çünki indiki dövrdə siyasi vəziyyət, geosiyasi balans və cəmiyyətin düşüncə tərzi tamamilə fərqlidir.
Ümumiyyətlə, bir dövrdə uğur gətirən siyasi model və ya strategiyanı başqa bir zaman kəsiyində tətbiq etmək, eyni nəticəni gözləmək məntiqsiz olardı. Zaman dəyişdikcə ictimai baxışlar, prioritetlər və siyasi konfiqurasiya da transformasiyaya uğrayır. Buna görə də Gürcüstan bu gün fərqli bir mərhələyə qədəm qoymalıdır. Ölkədə yeni siyasi səhifənin açılması, ictimai maraqların qorunması və milli təhlükəsizliklə bağlı qərarların praqmatik şəkildə verilməsi vacibdir”.
İlyas Hüseynov qeyd edib ki, hazırkı hakimiyyətin davranışı əsasən əhalinin sosial rifahının yaxşılaşdırılması və milli maraqların qorunması istiqamətindədir. Eyni zamanda Gürcüstan rəhbərliyi geosiyasi reallıqları da nəzərə alaraq ehtiyatlı və rasional siyasət yürüdür:
“Rusiya-Ukrayna müharibəsi fonunda Gürcüstan ərazisində yeni cəbhə açmaq cəhdləri olsa da, ölkənin siyasi elitası bu təhlükəni düzgün qiymətləndirərək mümkün təxribatlardan uzaq durmağı bacardı.
Bu gün Gürcüstana qarşı Brüsseldən müxtəlif təzyiqlər və təhdidlər müşahidə olunur. Ayrı-ayrı beynəlxalq güc mərkəzləri regionda öz maraqlarını təmin etməyə çalışır. Lakin Gürcüstanın milli maraqlarını qorumaq, daxili sabitliyi saxlamaq və balanslaşdırılmış xarici siyasət yürütmək ölkə üçün prioritet olaraq qalmalıdır. Bu, həm Gürcüstanın gələcək inkişafı, həm də Cənubi Qafqazda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Şəymən Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya