
Ekspert: Avropaya inteqrasiyada Gürcüstana ciddi zərbələr vurulacaq
09:04 15.10.2025
Cənubi Qafqaz
284
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.
Bu barədə Gürcüstan hökumətindən bildirilib.
Vurğulanıb ki, buna səbəb E.Valtonenin ötən gün Tbilisidə keçirilmiş qanunsuz mitinqdə iştirak etməsi və yalan bəyanatlar verməsidir.
Qeyd edək ki, E.Valtonen Tbilisidə Gürcüstan parlamentinin binası önündə keçirilən aksiyanın dinc olduğunu qeyd edib və aksiyaçılara dəstəyini bildirib. Onun sözlərinə görə, etirazçılar Gürcüstanın irəlilədiyi istiqamətdən narahatdırlar və insanlar əsas azadlıqlardan məhrum edilirlər.
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Gürcüstanla Qərb arasındakı münasibətlər getdikcə pisləşir:

"Xüsusilə də “Gürcü Arzusu” partiyasının qalib gəlməsindən sonra Qərb hesab edir ki, ölkədə baş verən proseslərdə ciddi antidemokratik yanaşmalar var.
Qərb, o cümlədən, “xarici agentlər haqqında” qanunun qəbulunun əleyhinə çıxış edir. Çünki Gürcüstandakı Qərb agenturası, xüsusilə də QHT-lər səviyyəsində fəaliyyət göstərir və onlar əvvəllər hakimiyyət dəyişikliyində, çevrilişlərdə, “narıncı inqilab” kimi proseslərdə mühüm rol oynamış sosial bazanı təmsil edirlər. Bu qurumların sosial təbəqədəki təxminən bir neçə yüz nəfərlik fəal dəstəkçi çevrəsi var. Lakin son seçkilərdən sonra Gürcü ictimaiyyətinin hakimiyyəti açıq şəkildə dəstəkləməsi Qərb ilə münasibətləri daha da gərginləşdirdi. Çünki inqilaba nail ola bilmədikdən, seçkidə də udurduqlarından sonra artıq bu cür təzyiq mexanizmlərini işə salacaqlar.
Ehtimal olunur ki, qarşıdakı dövrdə Avropa inteqrasiyası istiqamətində Gürcüstana ciddi zərbələr vurulacaq. Xüsusilə də Rusiya ilə adının hallanması və bu kontekstdə cəzalandırılması prosesi davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya