Erməni arxiyepiskop həbs edildi

Ermənistanda Eçmiədzin patriarxlığı ofisinin rəhbəri arxiyepiskop Arşak Xaçaturyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf yerli mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, dekabrın 4-də saxlanılan arxiyepiskop barəsində narkotik vasitələrin qanunsuz satışı ilə bağlı cinayət işi açılıb.