Ermənistanda hakimiyyətlə kilsənin qarşıdurması daha da şiddətlənir
13:24 17.10.2025
Cənubi Qafqaz
263
Erməni kilsəsi internetdə yayılan və 2023-cü ildə arximandrit Natan Ovannisyan ilə katolikosun yaxın ətrafından olan keşiş Aqan Erndjakyan arasında olan söhbətin audio yazısının həqiqiliyini təsdiq edib.
APA xəbər verir ki, bu haqda məlumatı Ermənistan mediası yayıb.
Məlumata görə, həmin söhbətdən katolikosun keşişləri hökumət əleyhinə etiraz aksiyalarında iştirak etməyə məcbur etdiyi ortaya çıxıb.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan internetdə yayılan audio yazıya kəskin reaksiya verib:
“Yaxşı, 1700 illik ən müqəddəs qurumu necə belə Koçaryan və rusiyalı biznesmenin ayaqları altına atmaq olar? Hansı məqsədlə? Ermənistan Apostol Kilsəsini Ktriç Nersisyanın (II Qaregin) hücumlarından qorumaq lazımdır. Onun kilsəyə qarşı kampaniyası dayandırılmalıdır. Andı pozan şəxs istefa verməlidir”.
Ermənistan Baş Prokurorluğu yayılan audio yazının cinayət işi çərçivəsində araşdırılacağını təsdiqləyib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsinə hücum ittihamları ilə razılaşmır. “Birincisi, ondan başlayaq ki, mənim tərəfimdən Erməni Apostol Kilsəsinə hücum yoxdur. Qeyd etmək istəyirəm ki, kilsə sənədlərində heç bir yerdə katolikos vəzifəsini tutan şəxs və kilsənin eyni olduğu yazılmır. Heç bir yerdə yepiskop və kilsənin eyni olduğu yazılmayıb”, - Ermənistan Baş naziri bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda altı keşiş tutulub, II Qareginin yepiskop qohumuna qarşı ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya