
Ermənistanda “kilsə əməliyyatı”: Paşinyanla ruhani elita arasında açıq savaş başlayır
09:54 16.10.2025
Cənubi Qafqaz
372
Müxalifət qarşıdurmanı xalqın şüurunda "hökumətin dini təqibi" müstəvisinə çıxarmağa cəhd edir
“Nikol Paşinyan hökuməti Eçmiədzin kilsəsinə hücumdan əvvəl son hazırlıqlarını görür”.
Bunu Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan oktyabrın 15-də kilsənin Araqatsotn yeparxiyasında aparılan axtarışları və həbsləri şərh edərkən deyib.
Onun sözlərinə görə, 13 din xadimi və 3 mülki şəxsin saxlanılması Eçmiədzinə qarşı kampaniyanın məntiqinə tam uyğun gəlir.
“Kilsə əleyhinə kampaniyaları kontekstində növbə ilə yeparxiyaları hədəfə alırlar”, - deputat bildirib.
Qeyd edək ki, oktyabrın 15-də Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyan da daxil olmaqla 13 din xadimi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Keşişlərə qarşı açılmış cinayət işi mitinqlərdə iştiraka məcburetmə ilə bağlıdır. Saxlanılanlardan üçü barəsində cinayət işi başlanıb və barələrində həbs qərarı verilib.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə ermənilərin katolikosu II Qaregini könüllü olaraq istefa verməyə çağırıb. Baş nazir tərəfdarları ilə bu məqsədlə Eçmiədzində mitinq keçirəcəyini də bəyan edib.
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Ermənistan parlamentindəki müxalif "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyanın Eçmiədzin kilsəsinə qarşı hücum hazırlıqları ilə bağlı bəyanatları, əslində Paşinyan hökuməti ilə erməni Apostol Kilsəsi arasındakı artmaqda olan siyasi mübarizənin təzahürüdür:

"Deputatın fikirləri bu qarşıdurmanı xalqın şüurunda "hökumətin dini təqibi" müstəvisinə çıxarmaq cəhdi kimi qiymətləndirilməlidir. Bu, müxalifətin daxili siyasi qazanclar əldə etmək üçün kilsənin nüfuzundan istifadə etmək taktikasıdır. Lakin məsələnin kökü daha dərindir. Paşinyan-kilsə qarşıdurması siyasi və geosiyasi müstəvidə inkişaf edir. Erməni Apostol Kilsəsi, xüsusilə də onun rəhbərliyi, uzun illər ərzində rusiyameylli və revanşist ideologiyanın əsas daşıyıcılarından biri olub. Kilsə Ermənistan cəmiyyətində radikal millətçiliyi və Azərbaycana qarşı düşmənçiliyi təşviq edən əsas institutlardan biri olub. Paşinyan hökuməti isə Kilsənin bu köhnə və dağıdıcı ideologiyasına qarşı çıxır. Hökumətin din xadimlərinə qarşı atdığı addımlar kilsənin siyasi təsirini azaltmaq və onun revanşist mövqeyini zərərsizləşdirmək cəhdi kimi görünür".
Analitik vurğulayıb ki, erməni Kilsəsi hökumətin sülh siyasətini "milli maraqlara xəyanət" kimi qələmə verir:
"Bu, kilsənin öz tarixi siyasi nüfuzunu qorumaq uğrunda apardığı sonuncu mübarizədir. Bu qarşıdurma kilsənin geosiyasi istiqamətlə bağlı fərqli baxışlarının və xarici qüvvələrlə əlaqələrinin nəticəsidir. Paşinyan bu addımları ilə ölkənin dövlət maraqlarını kilsənin siyasi ambisiyalarından üstün tutduğunu göstərmək istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya