Ermənistanda məhkəmə Gümrü şəhərinin meri Vardan Qukasyanın vəkillərinin həbsin ləğvi ilə bağlı vəsatətini rədd edib. O, həbsdə qalmağa davam edəcək.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aramais Ayrapetyan bildirib.
Qeyd edək ki, martın 4-də Antikorrupsiya Məhkəməsi V.Qukasyanın həbsini ikinci dəfə iki ay müddətinə uzadıb.
"Bu, bizim vəsatətimiz idi, məhkəmə onu rədd etdi. Həbs qaydasının dəyişdirilməsi məsələsi may ayında yenidən müzakirə olunacaq", - deyə o vurğulayıb.
Məhkəmə iclasları mayın 6 və 14-nə təyin edilib.
Xatırladaq ki, V.Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, rüşvət almaqda təqsirləndirilsə də, ittihamlarla razılaşmır.