Ermənistanın Korrupsiya ilə Mübarizə Komitəsi seçkilər öncəsi səslərin pulla satın alınması hallarının qarşısını almaq üçün ölkə boyu genişmiqyaslı əməliyyatlara başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar son aylarda daxil olmuş şikayətlər və operativ məlumatlar əsasında həyata keçirilir.
Qanunsuzluqların qarşısını almaq üçün xüsusi texniki vasitələrdən, o cümlədən pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə olunacaq.