
Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır -ŞƏRH
12:08 03.09.2025
Cənubi Qafqaz
663
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar region dövlətlərinin xarici siyasət kursuna birbaşa təsir göstərir. Xüsusilə Ermənistanın dəyişən regional şərtlərə uyğun davranması və beynəlxalq münasibətlərində daha çevik, balanslı mövqe tutması zərurətə çevrilib. Əgər rəsmi İrəvan həqiqətən davamlı sülhə nail olmaq istəyirsə, xarici təsirlərin alətinə çevrilmək əvəzinə bölgədə stabilliyi dəstəkləyən siyasət yürütməlidir. Son hadisələr və verilən bəyanatlar isə Ermənistanın bu istiqamətdə müəyyən dəyişikliklərə getmək niyyətində olduğunu göstərir.
Bu kontekstdə diqqətçəkən məqamlardan biri də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Fransaya planlaşdırılan səfəridir. Ermənistan mediasının məlumatına görə, Qriqoryan 4 sentyabrda Parisə işgüzar səfərə yola düşəcək. Səfər çərçivəsində onun Fransanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Bu səfər ehtimal ki, iki ölkə arasında münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirmək və regional proseslər fonunda mövcud əməkdaşlığın formatını müzakirə etmək məqsədi daşıyır.
Politoloq Tural İrfan Sherg.az-a Fransa-Ermənistan münasibətlərindən danışıb:

"Ermənistanın Fransa ilə münasibətləri tarixən hər zaman sıx olub. Bu münasibətlər əsasən Fransanın Türkiyə və Azərbaycana qarşı təsir imkanlarını koordinasiya etmək məqsədilə istifadə edilib. Lakin hazırda sülh prosesi gündəmdədir və bu prosesə uyğun olaraq Ermənistanın siyasətində müəyyən dəyişikliklər baş verməlidir.
Hazırkı Ermənistan hakimiyyəti bəyan edir ki, ölkə xarici müdaxilələrə və kənar güclərin maraqları naminə istifadə olunmağa qarşıdır. Bu mövqeni bir qədər əvvəl İsrailin baş nazirinin qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanatdan sonra Nikol Paşinyan da ifadə etdi. Düşünmək olar ki, eyni yanaşma Fransaya qarşı da tətbiq edilə bilər.
Hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir və Vaşinqtonda bu istiqamətdə bəyanat paraflanıb. Bu səbəbdən Ermənistanın Fransa və digər dövlətlərlə münasibətləri həmin sülh prosesinə zidd olmamalı, əksinə, onu dəstəkləyəcək şəkildə qurulmalıdır. Ermənistanın siyasəti elə formalaşdırılmalıdır ki, Türkiyə və Azərbaycanın maraqlarına qarşı yönəlmiş təsirlərə meydan verilməsin".
Politoloq Fransanın Ermənistana münasibətdə Rusiya ilə strateji boşluğu doldurmaq, bölgədə təsir dairəsini artırmaq niyyətində olduğunu bildirib:
"Baş nazir Paşinyanın Avropa yönümlü siyasətindən istifadə edən Fransa Ermənistanı öz təsir dairəsinə salmağa çalışır. Bir neçə il əvvəl Fransa başda olmaqla bəzi Qərb dövlətləri Ermənistanı müxtəlif yollarla revanşist mövqeyə sürükləməyə cəhd göstərdilər. Lakin bu siyasət nəticə vermədi. Hazırda isə Fransa daha praqmatik yanaşma sərgiləyərək Ermənistanla münasibətləri qoruyub saxlamaq və yeni əməkdaşlıq formatları yaratmaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm