
Gümrü merinin həbsı seçkilərə hesablanmış addımdır -RƏY
Yusif Nəzərli
05:21 22.10.2025
Cənubi Qafqaz
503
Paşinyan, problem yaradan hər kəsi sıradan çıxarır
“İllərlə bəslənən ideyalar Ermənistanın inkişafını əngəlləyib”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü şəhərinin meri Vardan Qukasyanı həbs ediblər. 70 maskalı şəxs meriya binasına soxularaq Qukasyanı zorla yerə yıxıb və qandallayıb. Qukasyanla yanaşı, meriyanın digər 7 əməkdaşı barəsində də cinayət işi açılıb. Onlar korrupsiya və külli miqdarda rüşvət almada ittiham edilirlər. Məhkəmənin hökmü ilə mer iki ay müddətinə həbs olunub. Bu arada Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə erməni ictimaiyyətinə çağırış edib. Baş nazir tarixin onlara verdiyi dərsi düzgün analiz etməlidirlər: "Tariximiz bizə hansı dərsi verir? Tariximiz bizə deyir ki, "məni təkrarlamayın". Bunu etməmək üçün tariximizi oxumalıyıq, öyrənməliyik və dərindən mənimsəməliyik. Real Ermənistan ideologiyası və Dördüncü Respublika ideyası Ermənistan xalqının tarixi və "tarixi Ermənistan"ın mesajlarını dərindən mənimsəməkdən qaynaqlanır. Qeyd edək ki, Nikol Paşinyan uydurma "tarixi Ermənistan" dedikdə, ermənilərin Azərbaycan, Türkiyə və digər qonşu ölkələrə ərazi iddialarına, həmçinin ermənilərin Osmanlı və Rusiya imperiyaları dönəminə eyham vurur. Burada söhbət həm də ermənilərin tarixdə mövcud olmayan - xəyali dövlətlərindən gedir. Onun "Real Ermənistan" konsepsiyası isə hazırkı sərhədlər daxilində olan ölkəyə əsaslanır.
Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanda Gümrü merindən də önəmli siyasətçilər, biznesmenlər həbs edilib. Amma erməni cəmiyyətinin onların həbsinə reaksiyası böyük masştabda olmayıb. Deputatın fikrincə, Gümrü merinin həbsi sadəcə lokal tipli etirazları tətikləyə bilər:

"Hazırda baş verənlər ümumilikdə Ermənistan hökumətinin siyasətinə köklü dərəcədə təsir edəcək hadisələr sayılmır. Gümrü meri öz ritorikası, açıqlamaları, sərbəst hərəkətləri ilə Paşinyana problemlər yaradırdı. Baş nazir ona problem yaradan insanların hamısını bir-bir sıradan çıxarır. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Merin həbsi seçkilərə hesablanmış addımlardan biridir. İstənilən halda Gümrü meri tamamilə günahsız olsaydı, yəni korrupsiyaya, qanunsuz əməllərə bulaşmasaydı, onu həbsə atmaq çətin olardı. Bu cür neqativ əməllər onların sıradan çıxarılmasına şərait yaradır".
Parlament üzvü vurğulayıb ki, Ermənistanda 4-cü respublikanın qurulmasında istənilən halda Azərbaycanın da tələbləri nəzərə alınacaq: "Təbii ki, Ermənistan hökuməti bunu Bakının tələblərinə görə etdiyini deməyəcək. Paşinyan və komandası iddia edir ki, zəruri dəyişikliklər 4-cü respublikanın öz tələblərindən qaynaqlanır və qonşu ölkələrlə dinc-yanaşı yaşamaq məqsədi güdür. Ancaq bir respublikadan digər respublikaya keçmək nə deməkdir? Tarixdən bilirik ki, bu proses hər zaman qan tökülməsi, inqilablar hesabına müşayiət olunur. Dinc yolla respublikanın formatını dəyişmək mümkünsüzdür. Paşinyanın hədəflərinə çatması elə də asan deyil. Lakin baş nazirin başqa çıxış yolu yoxdur. Həqiqətən, Ermənistanın 3-cü respublikasının bütün siyasəti qonşularla münaqişələr, ərazi iddiaları, işğalçılıq, düşmənçilik üzərində qurulub. İllər boyu "Böyük Ermənistan" xülyası ilə yaşayıblar. Hətta dünyada ilk insanın, ilk peyğəmbərin "erməni" olduğunu iddia ediblər, onun Ermənistanda "ayaq basdığı yeri" turistlərə göstəriblər. Bəşəriyyətin öz yaradılışını ermənidən götürdüyünə inanıblar. Əlbəttə, bu cür xəstə təfəkkürlə inkişafa getmək olmazdı. Ermənilərin heç zaman normal, müstəqil dövlətləri olmayıb".
R.Nurullayev qeyd edib ki, Paşinyana görə, 4-cü respublikanı qurmaq əvvəli sıfırlamaq, hər şeyi yenidən formalaşdırmaq anlamına gəlir:
"Ermənistanda qarşıdakı dönəmdə təlatümlərə şahidlik edəcəyik. Paşinyanın yenilənmə prosesini dinc üsullarla həyata keçirib-keçirə bilməyəcəyini zaman göstərəcək. Bunun reallaşması üçün köhnə ideyalar, qanunlar, konstitusiya mütləq dəyişməlidir".
Millət vəkili Rusiyanın Ermənistandakı seçkilərə təsir imkanlarının o qədər güclü olduğunu düşünmür: "Moskvanın seçkilərə təsir göstərəcək siyasi fiqurları, rıçaqları həbsxanadadır. Rusiya Paşinyan hökuməti ilə münasibətləri tamamilə gərginləşdirmək niyyətində deyil. Ermənistan cəmiyyətində real dəyişikliyə meyl olacaqsa, Paşinyanın reytinqi xeyli aşağı düşərsə, onu əvəzləyəcək siyasi fiqur meydana çıxarsa, Rusiya müəyyən risklərə gedə bilər. Hazırkı vəziyyətdə Kremlin Paşinyanla bağlı riskə gedəcəyi inandırıcı görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya