Gürcüstan ATƏT sədrinə etiraz notası göndərdi
15:38 16.10.2025
Cənubi Qafqaz
271
Gürcüstan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya xarici işlər naziri Elina Valtonenin Tbilisidə keçirilən hökumət əleyhinə aksiyada iştirakı ilə bağlı ATƏT Katibliyinə etiraz notası göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanatında deyilir.
Bildirilib ki, Elina Valtonen oktyabrın 14-də rəsmi səfərinin proqramından kənara çıxaraq azsaylı etirazçılara qoşulub və Tbilisinin əsas prospektini qanunsuz şəkildə bağlayan qrupla birlikdə reallığı əks etdirməyən açıqlama verib.
Gürcüstan XİN bu addımı beynəlxalq ictimaiyyəti ölkədəki vəziyyət barədə çaşdırmaq cəhdi kimi qiymətləndirib. Qurumun bəyanatında qeyd olunub ki, bu davranış ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və sədrin mandatından sui-istifadə kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, hadisədən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya