Gürcüstan parlamenti Saakaşvilinin partiyasının ləğvi ilə bağlı qətnamə qəbul edəcək
Gürcüstan parlamenti Saakaşvilinin partiyasının ləğvi ilə bağlı qətnamə qəbul edəcək
08:22 02.09.2025
Cənubi Qafqaz
373
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsisçisi olduğu müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) ölkə konstitusiyasına zidd elan edilməsi prosesinə başlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin müvəqqəti komissiyası VMHP dövründə törədilmiş qanuna zidd əməllərə dair 430 səhifəlik hesabat hazırlayıb.
Sənəd qanunverici orqanın payız sessiyasının bugünkü ilk plenar iclasında müzakirəyə çıxarılacaq. Müzakirələrdən sonra hesabatın əsasında qətnamə qəbul ediləcək və Konstitusiya Məhkəməsinə şikayət hazırlanacaq.
Avqustun 5-də səlahiyyət müddəti başa çatmış müvəqqəti komissiya fəaliyyəti dövründə 46 iclas keçirib, 139 nəfəri dindirib.
Qeyd edək ki, bu ilin mayında Gürcüstanda qəbul olunmuş qanuna əsasən, partiyaların ləğvi ilə bağlı qərarı ölkənin Konstitusiya Məhkəməsi verir. Qərarın qəbulu üçün 14 günlük müddət müəyyən olunub.
Xatırladaq ki, M.Saakaşvili VMHP-ni 2001-ci ildə təsis edib. Siyasi birlik 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial