Gürcüstanda siyasi təlatüm: Qaribaşvilinin həbsi hakimiyyətə sərf edir
12:03 23.10.2025
Cənubi Qafqaz
575
“Baş verənlər böyük təəssüf doğurur. Bu mövzu ilə bağlı əlavə şərh vermək istəmirəm”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin keçmiş hökumət başçısı İrakli Qaribaşvilinin dindirilməsi ilə bağlı sualına cavabında deyib.
O, Baş nazir vəzifəsində çalışmağa başladığı tarixdən - 2024-cü ilin fevralın 8-dən hökumətin şəffaf fəaliyyət göstərdiyini qeyd edib.
Kobaxdize məsələ ilə bağlı hər hansı şərh vermək fikrində olmadığını bildirib və jurnalistləri suallarını aidiyyəti qurumlara ünvanlamağa çağırıb.
Qeyd edək ki, Qaribaşvili ötən gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Politoloq Tural İrfan Sherg.az-a söyləyib ki, Gürcüstanda siyasi təlatümlər davam etməkdədir:
"Əsasən hakim partiyanın üzvləri ilə müxalifət və keçmiş hökumət nümayəndələri arasında çəkişmələr artıq əhalinin siyasi təşkilatlanmasına da təsirsiz ötüşmür. İrakli Qaribaşvili ilə bağlı hazırki Baş nazir İrakli Kobaxidzenin şərh verməməsi məsələnin daha dərin olduğunu göstərir. Çünki Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidzenin oktyabrın 22-də dediyinə görə, keçmiş baş nazir Qaribaşvili "istintaqla tam əməkdaşlıq edib, qanunsuz gəlir əldə etdiyini boynuna alıb". Bu da onu göstərir ki, onun cinayətini boynuna alması kifayət etmir və digər daha mühüm məsələlər də var. Əks halda Baş nazir bunu rüşvət məsələsində ittiham olunduğunu dilə gətirərdi. Görünür dövlətə xəyanət məsələsi var. Qaribaşvilinin vəkili Lili Qelaşvili sonradan deyib ki, keçmiş baş nazir yaxın günlərdə bu işlə bağlı bəyanat verəcək. O, Qaribaşvilinin şahid qismində dindirildiyini, ona ittiham irəli sürülmədiyini açıqlayıb. Ancaq görünür vəkili iz azdırıb. Bir neçə gün öncə Gürcüstan DTX-nin yaydığı məlumata görə, keçmiş baş nazir İ.Qaribaşvilini, DTX-nin keçmiş rəhbəri Qriqol Liluaşvilini, keçmiş baş prokuror Otar Parsxaladzeni, həmçinin onlarla əlaqəli şəxslər və digər keçmiş məmurların evlərində axtarışlar zamanı 7 milyondan çox ABŞ dolları və 136 min lari nağd pul müsadirə edilib".
Analitik qeyd edib ki, artıq bu kimi faktlar göstərir ki, Baş nazirin açıqlaması real cinayət faktları ilə bağlı daha köklü araşdırmaların davam etdiyini göstərir:
"Bu vəziyyət hakim partiyaya sərf edir. Eyni zamanda sabiq hökumət nümayəndələrinin bu cür ittihamlarla həbsi hazırki hökumətin nüfuzunun artmasına səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya