
Gürcüstandakı seçkilər siyasi böhranın dərinləşməsinə səbəb olacaq -Proqnoz
12:22 06.10.2025
Cənubi Qafqaz
457
Gürcüstanda keçirilən son bələdiyyə seçkiləri ölkənin siyasi mənzərəsində ciddi gərginlik yaradıb. Hakim “Gürcü Arzusu” partiyasının bütün bölgələrdə qələbə əldə etməsi, müxalifətin zəif və parçalanmış vəziyyətdə olması, həmçinin etirazlara qarşı sərt reaksiya verilməsi seçkilərin ədalətli keçirilməsi ilə bağlı şübhələrə yol açıb. Hazırkı siyasi vəziyyət ölkədə növbəti böhranların baş vermə ehtimalını artırır və beynəlxalq təşkilatların diqqətini cəlb edir.
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Avropa komissarı Marta Kos bütün tərəfləri zorakılıqdan çəkinməyə çağıraraq, Gürcüstan hakimiyyətindən vətəndaşların sərbəst toplaşmaq hüququna hörmət göstərməyi tələb ediblər. Onlar həmçinin bütün siyasi qüvvələrdən sakitlik və təmkinli davranış gözləyirlər. Avropa İttifaqı bu seçkilərin “müxalifətin geniş şəkildə boğulması” şəraitində keçirildiyini vurğulayaraq, ölkədə konstruktiv və inklüziv dialoqun vacibliyini önə çəkir.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında hakimiyyətin etirazçılara qarşı çox sərt tədbirlər gördüyünü bildirib:

"Gürcüstanda keçirilən bələdiyyə seçkilərində “Gürcü Arzusu” partiyası tam qələbə qazanıb. Bütün yerlərdə üstünlük əldə edib və müxalifətin demək olar ki, heç bir şansı olmayıb. Müxalifət parçalanmış və dağınıq vəziyyətdə fəaliyyət göstərir. Hakimiyyət isə etirazçılara qarşı çox sərt tədbirlər görür. Gürcüstan hökumətinin əsas məqsədi növbəti maydanın yaşanmasına imkan verməmək üçün mövcud hakimiyyətin mövqeyini möhkəmləndirmək və etirazların qarşısını almaqdır. Proses bundan ibarətdir".
Politoloq Avropa İttifaqının Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edəcəyini söyləyib:
"Bu seçkilər hakimiyyətin mövqeyini daha da zəiflədib və siyasi böhranın dərinləşməsinə səbəb olacaq. Aİ hökuməti zorakılıqdan çəkinməyə çağırır. İttifaq müxalifətin mitinqlərinin dinc şəraitdə keçirilməsini tələb etməlidir.
Ümumilikdə Gürcüstandakı seçkilərdə hakimiyyətin qələbəsi müəyyən ciddi pozuntularla müşayiət olunub və müxalifətə real rəqabət imkanı verilməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm