Gürcüstandan Avropa İttifaqına sərt ittiham: Bu işdə sizin də əliniz var

“Brüssel (Avropa İttifaqı) Gürcüstan prezidentinin sarayına edilən zorakı hücumu qınamadığı müddətcə, ekstremizmin dəstəkçisi olaraq qalacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Brüssel onun tərəfindən dəstəklənən qrupların Gürcüstan prezidentinin sarayına zorakı hücumunu qınamayana və onlardan məsafə saxlamayana qədər, ekstremizmin dəstəkçisi olaraq qalacaq”, - spiker bildirib.