İlham Əliyev Ermənistan dövlətinə böyük jest etdi -AÇIQLAMA
Yusif Nəzərli
03:08 22.10.2025
Cənubi Qafqaz
423
Verilən qərar Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi paraflanmasının artıq geridönməz proses olduğunu göstərir
Prezident İlham Əliyev Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Ermənistan Respublikası Prezidentin bu bəyanatını alqışlayıb. Baş nazirin müavini Mqer Qriqoryan bildirib ki, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması regionda əməkdaşlıq və sülhə töhfədir: "Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ermənistan istiqamətində yük daşımalarına qoyulmuş məhdudiyyətlərin ləğv olunması qərarını alqışlayır və təqdir edirəm". O, bu addımın regional kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün önəmli olduğunu qeyd edib. Baş nazirin müavini onu da qeyd edib ki, Azərbaycan və Qazaxıstandan olan tərəfdaşların göstərdiyi səylər və bu istiqamətdə aparılan işlər yüksək qiymətləndirilir. Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan da Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını şərh edib. Onun sözlərinə görə, bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu arada Qazaxıstan taxılının Azərbaycandan keçməklə Ermənistana hansı marşrutla aparılacağı məlum olub. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yaxın vaxtlarda Ermənistana Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Qazaxıstan taxılının ilk partiyası gətiriləcək.
Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin Ermənistanı sevindirəcək bəyanatı həm Azərbaycan dövlətinin Ermənistana böyük jesti, həm də sülh prinsiplərinə sadiqliyinin göstəricisidir:
"Ermənistan rəsmilərinin bu xəbərə sevinməsi təbiidir. Çünki bu qərar həqiqətən Ermənistan üçün sevindirici hadisədir. Prezidentin bunu məhz Qazaxıstanda vurğulaması Orta Dəhlizin vacib halqası kimi Zəngəzur dəhlizinin də tezliklə açılması mesajının verilməsidir. Bununla yanaşı, atılan addımlar, verilən qərarlar Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi şərtlərinin paraflanmasının artıq geridönməz proses olduğunu göstərir. Ermənistan Azərbaycanın sülhpərvərliyini yaxşı qiymətləndirməlidir. Bir daha əsla revanşist fikirlərə düşməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya