İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani ABŞ-la bağlı xəbərdarlıq edib.
Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, səfir X sosial şəbəkəsində paylaşdığı mesajda Gürcüstana üstüörtülü xəbərdarlıq ünvanlayıb.
“Öz hava məkanını və ərazisini xarici müdaxilələr üçün açanlara bu, baha başa gələcək”, – deyə, o bildirib.
Paylaşımda konkret olaraq hansı hadisənin nəzərdə tutulduğu açıqlanmasa da, bəyanatın regionda artan gərginlik fonunda Gürcüstana xəbərdarlıq olaraq verildiyi ehtimal olunur.