Kallas: Belə getsə, Gürcüstanın Avropa İttifaqında gələcəyi olmayacaq

“Gürcüstan hökuməti bir tərəfdən Gürcüstan Avropa İttifaqına (Aİ) qoşulmaq istədiyini bildirir, digər tərəfdən isə əks addımlar atır”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Əsas problem ondan ibarətdir ki, Gürcüstan bir tərəfdən Avropa İttifaqına üzv olmaq və Avropaya inteqrasiya yolunu seçmək istədiyini bəyan edir, digər tərəfdən isə görürük ki, hakimiyyət tamamilə əks istiqamətdə addımlar atır. Mən hökuməti nəzərdə tuturam. Bu, hökumət üçün bir siqnaldır ki, müxalifətin boğulması siyasəti, azad mediaya təzyiq və Avropa İttifaqının dəyərlərinə zidd olan digər hərəkətləri davam etdirdiyi müddətcə, Gürcüstanın Avropa İttifaqında gələcəyi olmayacaq”, - Kaya Kallas vurğulayıb.